Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Smartfon işığı süd vəzi və prostat xərçənginə səbəb olur

  • 2018.04.30 20:11
  • 12956 Baxış
Smartfon işığı süd vəzi və prostat xərçənginə səbəb olur
İspaniya Sağlamlıq İnstitutunun mütəxəssislərinin yeni araşdırmasının nəticəsi bizi bir daha smartfonlardan uzaq durmağa səsləyir.


Medicina.az xəbər verir ki, onlar 4000 nəfər İspaniya vətəndaşının analiz məlumatlarını araşdırıb. Bu adamların səhhəti 2008-2013-cü illərdə izlənilib. Onlardan 1200 nəfərində süd vəzi xərçəngi, 600 nəfərində isə prostat şişi aşkarlanıb. 


Smartfon və küçə lampalarının işığının insana təsirinin masştabını öyrənmək üçün alimlər astronavtlar tərəfindən Madrid və Barselonanın gecə görüntüsünün çəkilmiş şəkillərini istifadə ediblər.


Nəticələr göstərib ki, küçə işıqlandırılmasının diod işığı və plamşet, telefon, smartfonlardan gələn mavi işıq şəhər əhalisinin süd vəzi və prostat xərçənginə tutulma riskini artırır. 


Süni işıqlandırma zamanı dalğaların intensivliyi, xüsusən mavi işığın xarakterisi insan orqanizminin bioloji ritmini pozur, beyində melotonin hormonunun sintezini azaldır. Qaranlıq düşən kimi daha çox telefon, komputer və planşetin mavi işığına çox baxan insanda hormonal pozulma başlayır ki, bu da süd vəzi xərçənginin birinci səbəbidir. 


Ona görə gecə vaxtı planşet və telefona minimum baxmaq məsləhətdir. 

 


Smartfon işığı süd vəzi və prostat xərçənginə səbəb olur