Mütəxəssislər uşaqların sevdiyi oyuncaqlar arasında yer alan "slime"ın yaratdığı təhlükələrdən danışıb.
Medicina.az xəbər verir ki, uşaqların oynatdığı “Slime” son zamanların moda oyuncağına çevrilib. Mütəxəssislər bildirirlər ki, “slime” boraksla hazırlanan bir oyuncaqdır. Tərkibində boraks, yapışqan, su və qida boyaları var. Əllə uzadılan olması, yapışqan olmamasının səbəbi isə həmin boraks maddəsindəndir. Boraks maddəsi isə uşaqlar üçün çox təhlükəlidir.
Həkimlər qeyd edirlər ki, “Slime”lar uşaqlarda ekzemaya, dəri dəyişiklərinə səbəb ola bilər. Buna görə də bu cür oyuncaqlar uşaqlardan uzaq tutulmalıdır.