Öskürəyin bir çox səbəbi ola bilər. Səbəblərdən ən geniş yayılanı siqaretdən istifadə və ya astma xəstəliydir. Qısa müddətdə olan öskürəklər isə soyuqdəymədən baş verə bilər. Bundan xilas olmaq üçün müxtəlif dərmanlar və spreylərdən istifadə edilir. Lakin öskürəyi kəsmək üçün türkəçarələr də mövcuddur.
Medicina.az öskürəyi anında kəsən reseptlərdən birini təqdim edir:
Lazım olanlar:
2 ədəd banan
2 xörək qaşığı təbii bal
400 ml su
Hazırlanması:
Suyu qaynadın. Bananı püre halına gətirin. Püre olan bananların üstünə qaynar suyu tökün və soyumasını gözləyin. Sonda bal əlavə edin və qatıq qatılığına gələnə qədər qarışdırın.