Qara turp son zamanlarda öskürək və qrip kimi sağlamlıq problemləri zamanı istifadə edilən alternativ tibb üsulları arasında yer alır.
Medicina.az xəbər verir ki, bal və qara turp qarışımı digər tənəffüs yolu problemlərinə də faydalıdır:
Belə ki:
Qan damarlarını zədələrdən qoruyur
İnfarkt riskini azaldır
Qəbizliyin qarşısını alır
Həzm sistemini yaxşılaşdırır
Öskürəyin kəsilməsi üçün faydalıdır.
Bəlğəm gətiricidir.
Bəs qara turp və bal qarışımı necə hazırlanır?
Turpu yuyun. Daha sonra qara turpun baş hissəsini kəsib deşik açın.
Daha sonra içərisinə bir miqdar bal tökün. Turpu stəkanın üzərinə qoyun. Çünki turpun altından sızıntı olacaq. Bu qarışımı 12 saat gözlədin. 12 saatdan sonra stəkana süzülən qarışımı içə bilərsiniz.
Qeyd edək ki, yeməklərdən öncə 2-3 qaşıq yeməyə icazə var.
Şəhanə Quliyeva