Hazırda bütün ölkədə yayılan virus və bakterial mənşəli xəstəliklər əksər insanlarda tənəffüs yollarında "ilişib qalır”, yəni ağciyərlərdə ağırlaşma verərək öskürəyə səbəb olur. Xəstəliyin mənşəyəni bilmədən kimyəvi dərman və antibiotikləri necə gəldi istifadə etmək isə sizə xeyirdən çox, zərərdir.
Sizə öskürək və ağciyər soyuqdəymələrində effektiv olan 5 üsulu təqdim edirik:
1.Bişmiş armud – boğulma tipli öskürəkdə əla effekt verir. Armudu sobada və ya suda bişirib yeyə bilərsiz. Və ya armudu xırda doğrayıb, 500 ml suda qaynadın. 3 saat kənarda saxlayıb, süzün və gün ərzində için.
2.Kompress üçün – 1 xörək qaşığı un, 1 xörək qaşığı quru xardal, 1 xörək qaşığı qarğıdalı yağı, 1 xörək qaşığı bal və 1 xörək qaşığı arağı qarışdırıb, isidin. Alınmış xəmir kimi kütləni tənzifin arasına yayıb döş qəfəsinin üzərinə qoyub, üzərindən polietilen sərib, isti şərflə
3. Bananlı qarışım – 2 ədəd bananı xırdalayıb, üzərinə 200 ml isti su alıb 10 dəqiqə qaynadın. Süzüb üzərinə 2 xörək qaşığı təmiz bal qatıb isti halda için.
4.Ağ turp və kök –100 ml ağ turp və 100 ml kök şirəsini qatıb, bura 100 ml süd əlavə edib gündə 6 dəfə için
5.Sirkə-kamfora – 1 xörək qaşığı sirkə, 1 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı kamforanı qarışdırıb, burda pambıq parçanı batırıb, sinəyə qoyun.
6