“Azərbaycanda çox valideynlər elə hesab edir ki, skoliozun müalicəsi yalnız masaj və idmanla olur. Xeyr, bu yanlış fikirdir”.
“Medicina” xəbər verir ki, bu barədə Caspian International Hospitalın həkim-fizioterapevti Camal Ramizov məlumat verib.
“Bizdə fizioterapiya və reabilitasiya şöbəsində müalicə üçün vacib olan müasir, ən son texnologiyalar, avadanlıq və aparatlar var. Skoliozun müalicəsi kompleks getməlidir. Biz bütün bu avadanlığın köməyilə xəstə ilə fərdi, canlı işləyirik, məşğul oluruq. Elə müalicə yöntəmləri var ki, onu heç aparat yox, şəxsən həkim özü etməlidir.
Ona görə məsləhət görərdim ki, masaj və idmana arxayın olmadan, uşaqları erkən yaşdan, məsələn, 4-5 yaşdan fizioterapevtin müayinəsinə gətirəsiniz. Həkim skolioz riski varmı, yoxmu qərar versin.
Fizioterapiyada bütün sümük-əzələ sisteminə baxılır. Uşaqlarda təkcə skolioz olmur, digər bel, kürək, boyun, ayaq, çanaq, diafraqma problemləri var.
Əgər bizlik problem olmazsa, usağı uyğun həkimə yönləndiririk ki, vaxtında problemin üstünə düşüb həll edəsiz”.
Həkimin açıqlaması VİDEODA
MEDİCİNA.AZ
Həkim fizioterapevt-həkim Camal Ramizov “Caspian International Hospital”da çalışır.
Həkimlə əlaqə: 051 205 80 28