Skolioz zamanla düzəlmir - Uşaqlarda skoliozun müalicəsi
Skolioz zamanla düzəlmir - Uşaqlarda skoliozun müalicəsi
2019.10.05 19:41
14231 Baxış
Bir çox valideynlər "zamanla skolioz düzələr” deyə problemi ciddiyə almır.
Skolioz onurğa sütununun frontal səthdə davamlı olaraq əyilməsidir. Statistikaya əsasən, son illər məktəblilər arasında skolioz geniş yayılmışdır. Bu xəstəlik, adətən, erkən uşaq yaşlarından başlayaraq yaş artdıqca proqressivləşir. Skolioz, xüsusilə buraxılış sinif şagirdlərində daha çox rast gəlinir, bu dövrdə skeletin intensiv inkişafı skoliozu daha nəzərəçarpan edir.
Medicina.az uşaqlarda Skoliozun əlamətlərini təqdim edir:
Əgər övladınızda:
- onurğada yana əyilmə;
- kürək sümüklərinin asimmetriyası;
- başın bədənə nisbətən əyri dayanması kimi hallar varsa, bu, skoliozun zahiri görünüşcə ilkin əlamətləri ola bilər.
Rentgenoqrammalara əsasən skoliotik deformasiyaların
4 dərəcəsi ayırd edilir:
• I dərəcəli – 0-10° dərəcə • II dərəcəli – 11-30° dərəcə
• III dərəcəli – 31-60° dərəcə • IV dərəcəli – >61° dərəcə
Formasına görə isə "C”-ə bənzər (sağ və ya sol tərəfli bir qövs yaranır ) və ya "S”-ə bənzər (döş və bel nahiyədə iki qövs yaranır) skolioz ayırd edilir Yeniyetməlik (səbəbi bilinməyən) skoliozunda onurğa sütununun deforma-siyası uzun müddət stabil qala bilər.
Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir. Buna görə də skoliozu olan uşaqlar daim həkim nəzarətində olmalı, müntəzəm olaraq rentgen müayinəsindən keçməlidirlər. Yalnız bu zaman xəstəliyin proqressivləşməsini vaxtında aşkar etmək mümkündür. Skoliozun əsl başlanğıcı isə daha erkən vaxtlara - körpənin ana bətnində olduğu dövrlərə təsadüf edə bilər. Dölün uzun müddət qeyri-normal vəziyyətdə qalması (dölün köndələn vəziyyəti, sağrı gəlişi, sürətləndirilmiş doğuşlar, doğuş yollarında dölün ləngiməsi və s.), südlə əmizdirmə zamanı körpənin düzgün tutulmaması, körpənin iməkləməmiş yeriməyə başlaması skoliozun ilk risk faktorlarıdır.
Sadaladığımız vəziyyətlərdə ənsə sümüyü, gicgah sümüyü, birinci boyun fəqərəsi, oma sümüyü, çanaq sümüklərində sümükdaxili patoloji gərginliklər yaranır. Sümüklər böyüməyə başladıqda bu gərginlik nahiyələri sümüyün quruluşunda deformasiyalara səbəb olur. Bunlara vaxtında müdaxilə olun-mazsa, yaş artdıqca: protruziya, fəqərəarası disk yırtıqları; aritmiyalar, ürək nahiyəsində ağrı; ağ ciyər problemləri (ağ ciyərin xroniki obstruktiv xəstəlikləri); süd vəzi ölçülərində fərq; mədə-bağırsaq problemləri (disbakterioz, kolit, qəbizlik, bağırsaqlarda spazm və s); diafraqma ilə əlaqəli problemlər (təngnəfəslik); çanaqda durğunluqla əlaqəli cinsi pozulmalar, ağrılı menstruasiya; əzələ ağrıları, baş ağrıları, daimi yorğunluq kimi hallar yaranır və uzunmüddətli, müxtəlif çətin müalicə olunan xəstəliklərlə mübarizə aparılır.
Müalicə
Skoliozun son zamanlar tez-tez rast gəlməsi və çoxsaylı fəsadlar verməsi onun müalicəsinə də yeni yanaşmalar tələb edir. Əvvəllər istifadə olunan korsetlər, idman hərəkətləri və s. kimi bir çox müalicə üsulları çoxdan öz aktuallığını itirmişdir.
Bioloji Təbabət skoliozlu xəstəyə vahid bir orqanizm kim yanaşır. Burada müalicə zahiri cəhətdən qamətin düzgün quruluşunun qaytarılması ilə yanaşı, daxili orqanların da işinin tədricən bərpasından ibarətdir. Hər bir yaş qrupunun müalicəsi nəzərə alınan Bioloji Təbabətdə hətta yenidoğulmuşlarda da skoliozun profilaktikası üçün – osteopatiya, homeo-siniatriya, akupunktura, müasir fizioterapiya kimi müalicə üsullarından istifadə olunur. Xüsusi texnologiyalarla hazırlanmış bioloji tənzimləyici preparatlarla toxumaların fizioloji funksiyaları bərpa olunur. Bioloji Təbabət klinikasında skoliozun müalicəsində osteopatiya uğurla istifadə olunur.
Osteopatiya - həkim osteopat tərəfindən istifadə olunan zərərsiz müalicə üsuludur. Osteopatiyanın köməyi ilə yenidoğulmuşlarda yaranan çanaq deformasiyaları, boyun fəqərələrindəki disfunksiyalar erkən vaxtda aradan qaldırılır və skoliozun profilaktikasında geniş istifadə olunur. Osteopatiya skoliozun fəsadlarını aradan qaldırır və skoliozun cərrahi müalicəsinin qarşısını alır.
BİOLOJİ TƏBABƏT KLİNİKASI
Bakı: 3 mkr., Pişəvəri küç. 110 (Cavadxan küç 24), M. Əcəmi m.st yaxınlığında
Tel: (012) / (050) (055) / (070) 430 89 89
www.btk.az
www.facebook.com/bioloji.tababat/
www.instagram.com/bioloji.tebabet/
Şahverdiyev Nicat
Salam mende skolioz var. Nece mualıce oluna bilerem.
Salam mende skolioz var. Nece mualıce oluna bilerem.