Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Skolioz haqqında yanlış bildiyiniz doğrular - Korset, yoxsa əməliyyat?

  • 2021.06.05 17:58
  • 3957 Baxış
Skolioz haqqında yanlış bildiyiniz  doğrular   - Korset, yoxsa əməliyyat?

Müasir uşaqlardan hər 100 nəfərdən 10-da rast gəlinən onurğanın öz oxunda dönməsi və yana tərəf bucaq altında əyilməsi skolioz adlanır.

Skolioz daha çox məktəb yaşlarında başlayır və yeniyetməlikdə dərinləşir.

Onun erkən diaqnozu mütləqdir. Çünki bu zaman bir korset, idman, masaj, fizioterapiya ilə geri dönüş əldə etmək olur

Medicina.az əhali arasında skolioz barədə doğru bilinən yanlış fikirlər və miflərə aydınlıq gətirib.

1. Skoliozu yeniyetməlik dövründə aşkarlamaq faydasızdır, müalicə effekt vermir?

Bu fikir yanlışdır.
Doğru olan odur ki, ən azı 15 yaşa kimi skoliozu aşkarlamaq mütləqdir. Skolioz elə də gizli xəstəlik deyil, diqqətli ana mütləq görür.

Uşağın sümük sistemi böyüdükcə əyriliklər də irəliləyir. Xüsusən uşaq yetkinlik yaşa çatdıqda əvvəlcə yüngül olan əyrilik 2-4 ay içində sürətlə pisləşir. Bu da sümük sisteminin böyüməsi ilə bağlıdır. Bundan sonra müalicə çətinləşir, effekt vermir və tək çarə cərrahi əməliyyat olur.

Pandemiyada evdə çox qalan, idman etməyən, gəzməyən uşaqlarda bu problem daha da artıb, valideynlər virusdan qorxaraq uşaqları müayinələrə aparmayıblar. Bu da skoliozun yayılmasını artırıb. Halbuki keçən hər ay, hər il onurğa əyriliklərinin irəliləməsinə, əməliyyatsız müalicə üçün qapıları üzümüzə bağlayır.

Uşaqlıq və yetkinlik yaşlarında skolioz ağrı vermədiyi üçün valideyn gözləyir, bir şey olmaz deyir. Amma uşaq böyüdükdən sonra skoliozu bütün orqanizminə baş ağrısı olur.

2. Korsetlə skolioz düzəltmir, əksinə ziyandır?

Bu da yanlışdır. Bəli, korset smüük strukturu formalaşmış, 3cü dərəcəyə yaxın skoliozlarda yetkin və gənc xəstələrə fayda etməz. Amma təəssüf ki, bəzi həkimlər hələ də korset yazıb, valideyn və xəstənin zamanını alır. Ona görə insanlar arasında korset müalicə etmir, çarə yalnız əməliyyatdır deyə miflər dolaşır.

Bəlli yaşdan sonra fizyon cərrahi –yəni onurğanın çubuqlarla bir-birinə sabitlənib, bağlanıb, skolioz olan bölgədə əyilmənin və böyümənin qarşısını almaqdır.

Amerika Sağlık alimləri tərəfindən aparılan araşdırmada korset müalicəsinin təsiri dəqiq olaraq sübut edilmişdir.
Korset 20-45 dərəcə əyrilik zamanı effektivdir.

Ancaq erkən diaqnoz və erkən yaşda əməliyyatdan xilas edən fiziki müalicə metodları var.
Əyilmənin nəzarətə alınması mümkündür. Bant ilə gərmə, vertebral body tethering, VBT kimi metodlar daha çox istifadə olunur.
Bu metodlar xəstəyə uyğun ideal zamanda seçilir.

3. Bəzi gimnastika və idman növləri skoliozu yaradır, bəzilə isə skaliozun qarşısını alır?

Bu da yanlış fikirdir. Hər hansı idman növünün uşağın belində skolioz yaratması barədə elmi tibbi məlumat yoxdur. Əgər uşaq peşəkar klubda, məşqçi ilə idman edirsə. Təbii ki, evdə özü idman növü seçib, kor-koranə məşğul olarsa, beli də əyilər, boynu da.

ELəcə də uşağı idmana qoyub, əzələləri artırmaqla skoliozun qarşısını almaq və ya müalicə etmək kimi metod da yoxdur, bu da yanlışdır. Amma qamətin düzəlməsi, onurğa ətrafı əzələlərin güclənməsi onurğanın sağlamlığı üçün faydalıdır.

Uşağın skoliozu varsa, idmana yazdırım, düzələcək deyə düşünməyin, bunu sizə deyənlərə də güvənməyin. Skolioz bir onurğa problemidir, onun müalicəsi var.

4. Skolioz ağrısızdır və ya dəhşətli ağrılıdır?

Hər iki fikir yanlışdır. Doğrusu budur ki, yüngül skolioz ağrı vermir. Onurğanın ağrımasının əsas səbəbi mexanikidir, bu da onun ətrafındakı əzələlərin zəif olmasından qaynaqlanır.

Buna əzələ yorğunluğu ağrısı deyilir. Bəzən bu əzələlərdə iltihab olur, o da ağrı verir.
Amma skolioz böyüyüb, 3-4cü dərəcəyə çatarsa, nəinki bel, onurğa ağrısı, hətta daxili orqanlardan da qaynaqlanır. Skoliozu olan insan yaşlandıqca onurğa disklərində deformasiyalar, kirəclənmə də olur, bu da ağrı verir.

5. Əyri oturmaq, gəzmək skolioza səbəb olur?

Xeyr. Uşaqlarda məktəb çantasını beldə daşınması, əyri oturub yazması, uyğunsuz pozalarda oturuşun-duruşu skoliozu başlatmır və səbəbi deyil. Buna dair yetərli elmi fakt yoxdur. Lakin uşaqda skolioz varsa, çanta da, oturmaq da, gəzmək də skoliozun inkişafına səbəb ola bilər.

Sadəcə valideyn körpəsində skolioz olduğunu bilmir.
Amma qamətin əyri tutulması, belin əyilməsi onurğa üçün zərərlidir.

6. Skolioz ana-atadan uşağa keçən genetik problemdir?

Xeyr. Skolioz genetik xəstəlik deyil. O DNA yolu ilə genlərlə daşınmır. Hətta bir yumurtadan olan əkizlərdə belə birində skolioz varsa, digərində olmaya bilər.