Çin alimləri şizofreniyanın yeni, bu vaxta qədər diaqnozda istifadə edilməyən əlamətini tapıblar.
"Medicina" xəbər verir ki, bu vaxta qədər şizofreniya xüsusi əlamətlərlə yoxlanılırdı, beyin MRT edilmirdi.
Amma şizofreniyalı xəstələrin beynində qərar qəbul edilib ötürülməsinə cavabdeh olan hissədə boz maddənin azaldığı sübut edilib.
Bu kəşf psixi pozuntulu xəstələrdə şizofreniya diaqnozunu qəti qoymaq üçün bu məqama da fikir verməyə səbəb olacaq.
Məhz boz maddədə azalma beynin funksiyasını poza bilər.
Deməli, əsas hədəf yenə də beyindəki dəyişiklik olmalıdır.
Çinli alimlər diaqnostika üsullarının təkmilləşdirilməsi üçün tədqiqatlarını davam etdirəcək.
Aygün M