Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şizofreniyanın 10 erkən simptomu – Diqqətdən yayınmasın!

  • 2021.01.19 16:26
  • 3675 Baxış
Şizofreniyanın 10 erkən simptomu  – Diqqətdən yayınmasın!



Şizofreniya 22-37 yaş arası dövründə daha çox risk yaradır. Ona görə bu yaş arasında olan insanlar bu psixi xəstəliyin erkən siqnallarına qarşı diqqətli olmalıdır.


Medicina.az xəbər verir ki, son 1 ildə dünyada şizofreniya olanların sayı bütün dünyada daha yarım milyon artıb.

Bu elə bir xəstəlikdir ki, insan vaxtında nə baş verdiyini anlamır. Qurbanlar elə hesab edir ki, tam sağlamdırlar və psixiatra getməyə səbəb yoxdur.

Bununla da zaman əldən verilir, xəstəlik irəliləyir.

Bu xəstəliyi nə qədər tez müalicəyə və korrektəyə başlasalar, bir o qədər xəstə xilas olunar.

İlk təhlükəli siqnallar:

1. Gündəlik gigiyenik təmizlik vərdişləri dəyişir- dişlərini günlərlə yumur, alt geyimi və corabları dəyişməyi unudur. Duş alarkən tormozlanma baş verir. Əvvəllər 10 dəqiqəyə çimən insan indi 1 saat hamamdan çıxmır.

2. Ətrafdakı insanlara və baş verənlərə biganəlik

Adam içində burnunu eşələmək, dırnaqlarını gəmirmək, çirkli əllər, yuyulmamış başla gəzmək və bunlara görə heç kimin fikrini önəmsəməmək, utanmaq hissinin azalması

3. Özünə qapanma, təcrid, social həyatdan uzaqlaşmaq
- Evdən belə güclə çıxır

4. Qeyri-adekvat emosiyalar – məsələn, xoş, sevincli bir hadisə, xəbər zamanı insan ağlayır və ya əksinə. Eləcə də emosiyalar tamamilə itə bilər. Gözləri belə hissiz olur.

5. Ətrafa düşmənçilik, aqressivlik, hamıya şübhə ilə yanaşmaq

Ona elə gəlir ki, hər kəs ona pislik etmək istəyir. Heç kimə inanmır, güvənmək olmaz. Belə adamlar hər yerdə, hətta marketdə kassir qıza belə düşməncəsinə yanaşır və bunu ona irad bildirəndə daha da aqressivləşir.

6. Mimikanın daşlaşması

Siması çox darıxdırıcı və eyni vəziyyətdə olur.

7. Yuxu pozulması

İstənilən formada. Ya çox yatır, ya da yatmır. Gündüz yatır, gecə oyaq qalır.

8. Diqqət və yaddaş pozulması

İnsan sadə bir tapşırığın, işin üzərində diqqətini cəmləməyə əziyyət çəkir. Diqqəti daim yayılır, mövzunu dəyişir.

9. Qəribə fikirlər və təsdiqlər yaranır

İnsan birdən birə ateis olur. Və yaxud magiyaya inanmağa başlayır. Çox qəribə fikirlər səsləndirir. Məsələn, işdə birdən-birə “bizi işdən çıxardacaqlar”, “Gün batana kimi bu işi çatdıra bilməyəcəyik”, İndi şef bizi çağıracaq kimi fikirlər deyir, lakin bunu niyə dediyini əsaslandıra bilmir.

10. Əlaqəsiz nitq

Nitqində çox zaman uydurma sözlər, hərf birləşmələri işlədir, mənasını hem kim bilmir.
Eyni fikri, sözü dəfələrlə təkrarlayır

Təhqiredici söz və söyüşlərə aludəçilik
Söhbət zamanı mövzu ətrafında danışa bilmir və yayınır


Bütün bu simptomların yarısı və ya hamısı kimdəsə varsa, vaxt itirmədən psixiatr müayinəsinə getmək lazımdır. Ola bilər bəzi simptomlar yorğunluqdan, işdən, həyat tərzindən, stresdən olsun. Əgər bu simptomlar davamlı olarsa, dərinləşərsə, mütləq psixoteravtə baş çəkin