Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şizofreniya xəstəsi qadınıın gözlərini oyub yedi - DƏHŞƏT

  • 2020.03.06 16:33
  • 3974 Baxış
Şizofreniya xəstəsi qadınıın gözlərini oyub yedi -  DƏHŞƏT

Şizofreniyalı xəstə xəstəxanada başqa bir xəstənin gözlərini çıxararaq yeyib.

Medicina.az xəbər verir ki, dəhşətli fakt Adana şəhərində baş verib.

Məlumata görə, qulağına səslər gələn 56 yaşlı Sultan Güner “Dr. Əkrəm Tok Ruhi və Nevroloji Xəstəliklər Xəstəxanası”na yerləşdirilib.

Təqribən bir həftədən sonra qadın televiziyaya baxmaq üçün ümumi salona keçib. Orada olan N.K. onu söydüyü iddiası ilə Sultan Günerə hücum edib və qadını yerə yıxaraq gözlərini çıxarıb. Sonra isə otaqdan çıxıb. Bu vaxt tibb işçisi onu görüb, əllərinin və üzünün niyə qanlı olduğunu soruşub. N.K. isə burnunun qanadığını deyib.

Hadisə yerinə gələn polislər psixoloqların müşayiəti ilə şizofreniya xəstəsinin ifadəsini alıb. Qadın ifadəsində “Məni söydü, mən də iki gözünü də çıxarıb yedim”, - deyib.

Şizofreniya xəstəsi olduğu üçün qadın həbs olunmayıb.

Gözlərini itirən Sultan Günerin isə xəstəxanada müalicəsi davam etdirilir. Onun ailəsi xəstələri kor olduğu üçün xəstəxananı məhkəməyə verməyə hazırlaşır.