İnsanlar həyatları boyunca bir çox şeydən qorxarlar. Hər qorxunun isə müxtəlif adı və təsirləri mövcuddur.
Bəs çoxlarının bildiyi, amma adını eşitmədiyi aqorafobiya nədir?
Medicina.az xəbər verir ki, bu, cəmiyyət qorxusu adlandıra biləcəyimiz qorxu növü mövcuddur. Belə insanlar özünü narahat, utancaq hiss edir, olduğu yerdən qaça bilməyəcəyini düşünürlər. Bu fobiyanın insan həyatına bir çox mənfi təsirləri mövcuddur.
Bu qorxu növü panik atak yaşayan insanlarda daha çox müşahidə edilir. Belə insan nəzarəti itirir, öləcəyini və ya dəli olacağını düşünür. Sinə ağrısı, baş dönməsi, titrəmə, mədə bulantısı kimi problemlər yaşayır.
Hətta bu fobiya növünə görə evdən çölə çıxmayan insanlar da var.
Aqorafobiyalı insan özünü evdə rahat hiss edir. Cəmiyyətə açıq yerlərdə olmaqdan, alış-veriş etməkdən, səyahətdən qorxurlar. Çox insanın olduğu yerdə olsalar belə, çətinliyə düşdükləri zaman kiminsə kömək etməyəcəyindən narahat olurlar. Yanlarında mütləq şəkildə güvəndikləri insanın olmasını istəyirlər.
Bəs aqorafobiyanın səbəbləri nədir?
1. Sinir sistemində meydana gələn problemlərdən qaynaqlana bilər. Bu vəziyyət biolojik vəziyyətdən də qaynaqlana bilər.
2. Ailə içində aqorafobiyalı biri varsa, bu ehtimal daha çoxdur. Yəni genetik səbəblərdən qaynaqlana bilər.
3. Şəxs hansısa travma keçiribsə, bu da həmin fobiyaya səbəb ola bilər.
Bəs necə müalicə edilir?
Ən yaxşı müalicə üsulu isə psixoloq terapiyasına müraciət etməkdir. Bəzi dərman və antidepressantlarla müalicəsi mümkündür.
Şəhanə Quliyeva