Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sizi soyuq havadan qoruyan 7 ÜSUL

  • 2019.11.25 09:52
  • 9740 Baxış
Sizi soyuq havadan qoruyan  7 ÜSUL
Soyuq havada bədəni isidən və infeksiyalardan qoruyan bir çox üsullar mövcuddur.


Medicina.az publika-ya istinadən oxucuları bu üsullarla tanış edir.


1. Bronxitə qarşı əncir

Əncir ağciyərləri və bronxları istiləşdirməyə, o cümlədən kəskin küləyin təsirindən qorunmağa kömək edəcək. Çünki onun tərkibinə istiləşdirici maddələr daxildir. Təzə əncir və qaymaqlı desert yeyin. Gündə bir neçə çay qaşığı əncir mürəbbəsi də immun sisteminə zərər verməyəcək.


Şaxtalı havada zoğal və qreypfrutlu süd də tənəffüs yollarını isitməyə kömək edəcək.


2.Daha çox şokolad!

Əgər imkan varsa, şokolad vannası üçün salona gedin - şokalad xırda dərialtı damarları, xüsusilə əllərin və ayaqların kapilyarlarını canlandırır və orqanizmin soyuğa uyğunlaşmasına kömək edir. Yeri gəlmişkən, şokolad masajını evdə asanlıqla özünüz də edə bilərsiniz. Aşağı odda tünd şokoladı əridin, məqbul bir temperatura qədər soyudun və ayaqlarınıza çəkin. İsti şokolad bədəni xardal qədər isidir, amma qıcıqlandırmayacaq. Şokolad masajı ən təsirli yaşlanma əleyhinə prosedurlardan biridir, dəriyə yaxşı təsir edir.


3.Ulduz anisi ilə çay

Anis və ya Skandinaviya çayı həddindən artıq soyuqlara uyğunlaşmağa kömək edəcək. Bir çay qaşığı qara çaya bir çimdik qurudulmuş zəncəfil, rozmarin, toz darçın və bıçağın ucunda bir neçə ulduz anisi əlavə edin. Bu çayı çox isti halda içmək olmaz, kiçik qurtumlarla dərindən qoxlayaraq için.


4.İmmunostimulyatorların əvəzinə salatlar

Soyuq mövsümdə başlıca vəzifəmiz maksimum xəstələnməməkdir. C vitamini və antioksidantlarla zəngin olan qidalar bədənin tonusunu qorumağa kömək edəcək. Bişirilən zaman tərəvəzlərdə bir çox bioaktiv maddələr məhv olur. Odur ki, immuniteti gücləndirən ən yaxşı yemək salatlardır.


Məsələn, zoğal suyu ilə turp. Qara turp daha çox askorbin turşusuna malikdir, lakin acıdır. Odur ki, şirin və uzunsov turp götürün, onu nazik doğrayıb zeytun yağı ilə qarışdırın. Zoğalları bir çimdik şəkərlə qarışdırıb odun üstündə sous halına gətirin. Və bu sousu salata əlavə edin.


Digər bir "vitamin partlayışı" toyuq sinəsi və qırmızı soğan ilə portağal salatıdır. Qəribə görünən inqredientlərə baxmayaraq, salat ləzzətli və çox canlandırıcıdır. Xırçıldayan aysberqin kahı yarpaqlarına soyulmuş və kəsilmiş portağal, qırmızı soğan dilimləri qoyub zeytun düzün. Qaynadılmış toyuq sinəsinin üzərinə isə zeytun yağı tökün.


5.Pomidor suyu içmək

A vitamininin sintez olunduğu karotenoidlər timus hüceyrələri (timus vəzi) üçün ən yaxşı müdafiədir. Onların konsentrasiyası nə qədər yüksək olarsa, bu orqan immunitet proseslərini tənzimləyə və mövsümi xəstəliklərə qarşı çıxa bilir. Gündə ən azı bir stəkan yüksək keyfiyyətli pomidor suyunun müntəzəm içilməsi bədənin bütün hüceyrələrində karotenoidlərin konsentrasiyasını artırır.


6.Ətdən imtina etməyin

Soyuq hava bizi daha tez yorur. Zülallar yorğunluq ilə mübarizə aparır. Odur ki, yağsız mal əti və toyuqdan imtina etməyin. Bitkilərdə də zülallar var. Onların əsas mənbəyi düyü, soya və qırmızı lobyadır. Taxıl çörəyi, mal, dana, hinduşka əti və sarımsaq isə tərkibindəki sink sayəsində immuniteti qorumağa kömək edir.


7.Düzgün nəfəs almağı öyrənin

Kəskin küləkli havada küçəyə çıxanda dərhal dərin nəfəs almayın. Soyuq havanın kəskin axını hətta sağlam insanlarda da bronxların refleksli spazmasına səbəb ola bilər. Ürək xəstələrində koroner spazma baş verə bilər, hansı ürək tutmasıyla nəticələnə bilər.


- Yalnız burnunuzla nəfəs alın, bu zaman hava burnunuzdan keçərkən istiləşməsi üçün vaxt qazanır.


- Küçə boyunca gəzərkən ritmik nəfəs alın: bir-iki - burnunuzla nəfəs alın, üç-dörd - ağzınızla nəfəs alın.


- Yoqa da isinməyin yollarından biridir. Üşüyürsünüzsə, havanı burnunuzdan sinənizə çəkin (təxminən dərin bir nəfəs). İndi sağ burun boşluğunu tutub havanı soldan çıxarmağa başlayın. Prosedur bir neçə dəfə təkrarlana bilər. Beləliklə, bədənin termorequlyasiyası tənzimlənəcək və isinəcəksiniz.


Fəlsəfə doktoru, rusiyalı kardioloq Tamara Ogiyeva bildirib ki, kəskin soyuqlarda oksigenin miqdarı dəyişir: qan dövranı yavaşlayır, qanın qatılığı artır.


"Temperatur dəyişkənliyinə ən pis ürək-damar xəstəliyindən, angina pektorisindən əziyyət çəkən ürək xəstələri reaksiya verir. Xüsusilə isti otaqdan soyuğa çıxarkən onlarda ürək çatışmazlığı, təngənəfəslik, sinədə ağrısı əlamətləri görünə bilər. Soyuq hava astma və obstruktiv bronxopulmoner problemləri olan xəstələrdə də kəskinləşməyə səbəb ola bilər.


Lakin hipertoniyadan əziyyət çəkən xəstələrdə temperatur dəyişkənliyi xüsusi əhəmiyyət kəsb etmir, onların vəziyyəti atmosfer təzyiqinin və hava rütubətindəki dalğalanmalardan daha çox təsirlənir. Yeri gəlmişkən, tez-tez damar problemləri olan xəstələr istiyə soyuqdan daha pis cavab verirlər" , - deyə o, qeyd edib.
Sizi soyuq havadan qoruyan  7 ÜSUL