Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sizi hər gün 8 saat yatmağa sövq edəcək 5 vacib səbəb - Yuxu xərçəngin qalxanı imiş

  • 2018.10.06 20:17
  • 18938 Baxış
Sizi  hər gün 8 saat yatmağa  sövq edəcək 5 vacib səbəb -  Yuxu xərçəngin qalxanı imiş

Sarvaşreş Qupta adlı maliyyə analitiki  həftədə 100 saatlıq iş rejiminə dözməyərək, 1 il sonra işindən ayrılır.  Amma yarım il sonra o yenidən işə qayıdır və gərgin rejimdə çalışır. Bir gün o atasına gecə 2-də zəng edərək, gəlməyəcəyini bildirir, 2 gecədir yatmadığını və təqdimatı bitirməli olduğunu bildirir. Səhərəyaxın  binanın qarşısında ölü tapdılar, o özünü pəncərədən atmışdı. 


Medicina.az xəbər verir ki, bu fakt " Yuxu inqilabı: həyatını bir gecəyə necə dəyişməli” kitabında verilib. Müəllif iddia edir ki, iş rejimi ilə yuxu rejimini düzgün uzlaşdırmaq insanın bütün həyatına təsir edir. Heç bir iş yuxu saatından qiymətli ola bilməz.


Gecəyarıya kimi planşet və telefonda boş keçən saatlar ömrünüzdən, sağlamlığınızdan gedən qiymətli məqamlardır. 

Əgər 8 saatlıq normal yuxunun bu 5 faydasını yadda saxlasaz, özünüz harda olsaz da özünüzü yatağa çatdırıb yatacaqsız.


1.Beyin təmizlənir


Yuxuda beynin hüceyrələri toksinlərdən təmizlənir. Alimlər sübut edib ki, yuxuda onurğa sütun maye qan sistemindən bütün toksinləri yuyur, Alsmeyger və digər neyrodegenerativ xəstəliklərin qarşısını alır.  Gecə yatmamaq qocalanda yaddaş və əqli pozğunluğa səbəb olur. Çünki beyində beta-amiloid adlı zülal toplanır və  neyronlar arasında əlaqə pozulur. 

 

Gecələr yatmayanlarda, normal yuxu saatı almayanlarda diqqət yayqınlığı, huşsuzluq yaranır, oxuduğu yadında qalmır, iş qabiliyyəti aşağı salır.


2.Dəri cavanlaşır


Məhz gecə yuxuda somatropin adlı toxuma bərpa edən hormon sintez olunur. İnsan yuxuda təzələnir, böyüyür.  Boy hormonu da gecə yuxuda sintez olunur. Ona görə gec yatan, normal yatmayan uşaqlarda boy artımı, sümük böyüməsi zəifləyir. Gecə dəri toxuması bərpa olur. Gec qocalmaq istəyənlər 8-9 saat yuxu almalıdır.


3.Xərçəngə qarşı qalxandır


Gecə düşən kimi daha bir hormon – melatonin sintez olunur.  O, immun sistemi möhkəmləndirir. Bu hormon şiş hüceyrələrinin yaranmasının qarşısını alır, şişlərin qan dövranını azaldır. Ona görə xərçəng xəstələri üçün 9-10 saatlıq nornal gecə yuxusu da çox vacibdir. Yuxusuz qalan insanın immuniteti düşür, şiş hüceyrələri baş qaldırır. 

 

Təcrübələr göstərir ki, melatonin normasında sintez olanda kimyaterapiyanın da zərərlərini bədəndən tez çıxarır. Ona görə Amerika və Avropada xərçəng xəstələrinə Melatonin preparatı təyin edilir və yüksək nəticələr əldə olunur. 

Gecə yataqda smartfon və planşetin işığı melatonin sintezini pozur və yuxunu uzaqlaşdırır.


4.İnfarkt və insultdan qoruya bilər


Yuxusuzluq, gec yatmaq ürək qan damar xəstəliklərini artırır, diabetə səbəb olur. 6 saatdan az yatan insanlarda insult və infarktdan ölmək riski artır.  Ümimiyyətlə, pis yatan insanların sonda ürəyi xəstələnir. Xroniki yuxusuzluq vaxtından əvvəl ölümə səbəb olur. Yüksək təzyiqi olanlar üçün 9 saatlıq yuxu dərman kimi vacibdir.  Lakin 10 saatdan və yuxarı yatmaq da bu xəstəliklərə səbəb olur.


5.Psixikaya təsir edir


Yuxusu normal olmayanlar depressiyaya meyilli olur, gündüzlər həyəcan təşvişli olur. Stresə davamı azalır, tez özündən çıxır. Xüsusən məktəbli və tələbələrin yuxu almaması, gecələr oxuması, onları intihara sövq edə bilər. 


İnsan bəzi səbəblərdən nə qədər çalışsa da yata bilmirsə, bu bir problemdir, xroniki yuxusuzluqdur və həkimdən müalicə almalıdır. Amma indi çox insanlar qəsdən yatmır, gecə  yarıya kimi internet, telefonda olur. Bu artıq bilərəkdən özünə zərər vurmaqdır, müalicəsi iradədir, məqsəddir. İndi gənc olmağınıza baxmayaraq, 50 yaşından sonra yuxusuzluğun yaratdığı problemləri dərindən hiss edəcəksiz. Xüsusən analar uşaq və yeniyetmələrin vaxtında yatmasına diqqət etməlidir.


Xatırladaq ki, bu faydalar yalnız gecə yuxusunda mümkündür. Gündüz yuxusunda melatonin sintez olunmur.