Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sizi dəli edən 8 əşyanı otaqdan çıxarın

  • 2023.04.13 20:48
  • 2856 Baxış
Sizi dəli edən 8 əşyanı otaqdan çıxarın
Yataq otağınızda bu 8 əşya həm yuxunuzu qaçırır, həm də əsəblərinizi məhv edir.

“Medicina” xəbər verir ki, son zamanlar yuxu problemi yaşayan insanların sayı çoxalır.

Həkim psixoloq Anastasiya Korneyevanın sözlərinə görə, yuxu gigiyenası səbəbindən baş verən yuxusuzluq hallarına daha çox rast gəlinir.

Korneyeva bildirir ki, yataq otağında 8 əşya yuxu kefiyyətinə mənfi təsir göstərə bilər.

1. Elektronika və texnologiya

İdeal yataq otağı - televizorlar, kompüterlər və smartfonlar olmadan olmalıdır. Mümkün qədər bunlar yataq otağından uzaq olmalıdır.


2. İşıqlar, lampalar

Demək olar ki, bütün texnologiyada cihaz söndürüldükdə belə daim yanan “işıq lampaları” var: televizorun qırmızı işığı, kompüter klaviaturasının arxa işığı, tozsoranın işığı, telefon və s. Hətta zəif süni işıq bədənimizdə melatonin hormonunun istehsalını poza bilər.

3. Səs-küylü obyektlər
Kompüterin uğultusu, tıqqıltılı saat, küləkdə pərdələrin səsi - bütün bunlar dağılmış sinir sistemini yükləyir.

4. İpək və ya sintetik yataq dəsti

Belə yataq dəsti və geyimdə yatanlar bilirlər ki, bunu praktiki adlandırmaq qətiyyən mümkün deyil. İpəkdən olan yataq dəstləri həm sağlamlığımıza ziyandır, həm də yatdıqda narahatlıq verir.

5. İncə pərdələr – tüllər

Yataq otağının daxili hissəsinin belə bir zahirən sadə detalı nəzərə alınmır. Pərdələri daha qalın pərdələrlə əvəz etmək yuxusuzluq problemini anında həll edəcək. Gün işığı bioritmlərimizə təsir edir və erkən şəfəqlər bizi vaxtından əvvəl oyandıra bilər. İşığı keçirməyən pərdələr bu problemin öhdəsindən gələ bilər.

6. Parlaq obyektlər

Otağın rəngləri onun məqsədinə uyğun olmalıdır. Yataq otağı istirahət yeridir və oradakı atmosfer rahatlamağa, yuxuya getməyə və stresdən azad olmağa kömək etməlidir.

Çox parlaq əlvan rənglər, əksinə, vizual sensor analizatoru stimullaşdırır və beyin sinir həyəcanı vəziyyətinə gətirib çıxardır. Yataq otağı üçün ideal rənglər açıq yaşıl, mavi, bejdir.

7. Portretlər, şəkillər

Söhbət insan üzlərinin təsvirindən gedir - fotoşəkillər, portretlər, bir insanın gözlərinin yaxından göründüyü hər hansı bir rəsm. Belə portiretlər və ya rəsmlər yuxulamamışdan öncə diqqətinizi yayındıra bilər.

8. Dar və narahat gecə geyimləri, sıx corablar

İlk növbədə, yatarkən rahat olmalısınız. Yuxu mövqeyi, yataq dəsti və təbii ki, gecə pijamaları rahat olmalıdır. Elastik bantların bərkidilməsi, qazma tikişləri və ya xoşagəlməz material - bütün bunlar yuxu keyfiyyətinə mənfi təsir edəcəkdir.


Aygün Musayeva