Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sızanaqlardan xilas olmağın yolu - RESEPT

  • 2019.07.12 09:05
  • 8471 Baxış
Sızanaqlardan xilas olmağın yolu  - RESEPT

Sızanağı müalicə etmək üçün lazer və digər proseduralardan  istifadə oluna bilər. Əgər cərrahi bir üsulla müalicə etmək istəmirsinizsə, təbii vasitələrdən istifadə edin. Sızanağın dərinliyi sizə hansı yolu istifadə edəcəyinizi bildirəcək. Əgər sızanaqlar yeni başlayıbsa, bunu təbii yolla sağalda bilərsiniz. Ancaq genişlənib və böyüyübsə cərrahi müdaxilə qaçılmazdır. medicina.az mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir.

 

 
Sızanaq necə sağalar?
Tez bir zamanda Sızanaq izlərindən plomb maddə iynələri ilə xilas ola bilərsiniz. Bu üsul əlverişli hesab olunur. Üzdəki kələ-kötür yerlər soyularaq və üst qat lazerə verilərək daha hamar dəri quruluşu əldə etmək olar. Yeni dəri bir neçə həftəyə bərpa olunur, sızanaqlar isə böyük ehtimalla bir daha çıxmır.

 

 
Sızanaqlara görə qarışıq: •    1 çay qaşığı darçın •    1 çay kaşığı kiçik hind qozu rəndələnmişi •    1 yumurta ağı •    1 çay qaşığı bal
•    1 çay qaşığı limon suyu

 

 Bu məmulatları hazırladıqdan əlinizin altında hazır etdikdən  əməliyyata başlaya bilərsiniz. İlkin olaraq yumurta ağı yaxşıca qatılaraq yaxşıca qarışdırılır. Daha sonra bütün lazım olanlar əlavə edilib qarışdırılır. Dəri yaxşıca təmizləndikdən sonra üzə vurulur. Təxminən 15 dəqiqə gözlədikdən sonra üzünüzü su ilə yaxşıca yuyun. Sızanaqlara və onların izlərinə faydalı olan bu məhlulu istifadə etdikdən sonra üzünüzdə biraz yanmalar hiss oluna bilər. Bu hal tamamən təbiidir və tezliklə keçib gedir.



 

Elmir Səftərov

Medicina.az