Bəzi sızanaq və civzə kremlərinin dəri xərçəngi yaratması barədə iddialar var. Belə ki, tərkibindəki benzoilleroksid dərini zədələyir və toksikidir.
“Medicina” xəbər verir ki, kosmetoloq, dermatoloq Cəmilə İslamova bu məsələyə aydınlıq gətirib.
“Həqiqətən də benzol buxarlanması nəticəsində təhlükə ola bilər. Amma bu o hald baş verir ki, kremləri yüksək hərarət altında, isti yayda, açıq havada uzun müddət istifadə edəsiz.
Benzoilperoksid bir çox mazların tərkibində var.
Mən özüm də bu komponenti dəri üçün faydalı hesab etmirdim, amma onkogen təsirə o malik deyil.
Orda sərbəst radikallar azad olur, eyni proses perekisdə də gedir.
Belə vasitələr lokal, az sahədə təsir edir və səpkiləri qurudur.
Akne və ciddi sızanaq xəstəliyi olanlar bu kremlərdən imtina etməməlidir. Elmi araşdırmalar benzolun 70 dərəcə temperaturda və aylarla istifadəsi zamanı ayrıldığını sübut edib. Bu isə heç kəsdə baş vermir”.
Aygün Musayeva