Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sızanağı sıxmaq ölümə səbəb ola bilər

  • 2023.05.22 17:25
  • 1469 Baxış
Sızanağı sıxmaq ölümə səbəb ola bilər
Rusiyada baş verən bu hadisə bir daha sübut edib ki, dəridə, xüsusən üzdəki civzələri sıxmaq təhlükəlidir.


“Medicina” xəbər verir ki, həkim Mişaniya Bıçkovun 1999 – cu ildə başına gələn fəlakət bir daha təhlükənin ciddiliyini göstərib.

O, 1999- cu ildə alnındakı civzəni sıxdıqdan bir müddət sonra dünyasını dəyişib. Qız civzəni sıxdıqdan sonra onda osteomielit yaranıb. Qana infeksiya keçib.

Osteomielit- sümüyün bütün elementlərini təsir edən ağır yoluxucu və iltihablı bir prosesdir.

"Osteomielit" hazırda sümük toxumasının (osteit), sümük iliyinin (mielit), periosteumun (periostit) və ətraf yumşaq toxumaların qeyri-spesifik irinli və ya irinli-nekrotik zədələnməsi kimi başa düşülür.

Üzdə dəri altında kapilyar damarlar çoxdur, bi başa infeksiya bu damarlar vasitəsilə beynə sızır. Sinus damarlarının trombozu əmələ gəlir. Bu da insan həyatını təhlükəyə atır. Müalicəsi olduqca çətindir.


Günay Quluzadə