Uşaqlıqdan bizə südlü sıyıqların faydası haqqında deyirlər. Hətta böyük insanlar da səhərini belə sıyıqlarla açır. Süd özü ayrılıqda faydalı məhsuldur, yəqin onda mannı, düyü, yulaf və s. sıyıq hazırlayanda ikiqat faydalı olar deyə düşünürdük. Çox həkimlər belə bunu belə qəbul edirdi. Amma müasir dietoloqlar bildirir ki, südlü sıyıq yolverilməzdir, onlar bir-biri ilə yola getmir.
Medicina.az xəbər verir ki, 12 yaşından sonra çox insanlarda laktoza mənimsənilməsi problemi olduğu üçün süddə bişmiş sıyıq insanın həzm və endokrin sisteminə zərərlidir. Bu iki ərzaq bir –birinə uyğun deyil. Süd ayrıca müstəqil qidadır. Ayrılıqda yarmalar da çox faydalıdır. Odur ki, yarmaları suda bişirin və ya salatlarda yeyin, südü isə ayrıca için.
Xüsusən uşaq və yeniyetmələrdə südlü sıyıq bağırsaqların işini pozur, hormonal disbalans yaradır.