Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şit zarafat edən insanlar xəstədir? – Nevroloqlardan açıqlama

  • 2023.05.24 15:35
  • 1658 Baxış
Şit zarafat edən insanlar xəstədir?  – Nevroloqlardan açıqlama
Daim yersiz zarafat etmək istəyi beyin patologiyasından qaynaqlanır. Xüsusən səbəbsiz şənlik, çox gülmək və axmaqlıq beyinin ön hissəsində problemlərdən qaynaqlanır.


“Medicina” xəbər verir ki, Kaliforniyalı nevroloqlar Elias Granadillo və Mario Mendez bu qəribə anormallığın səbəbini araşdırıb.

Onların ilk araşdırma mövzusu, beş il gecə-gündüz zarafatlardan sonra həyat yoldaşı tərəfindən müalicə üçün gətirilən 69 yaşlı xəstə idi.

Kişi hətta gecə ağlına gələn gülməli xırda şey üçün xanımını yuxudan oyadırdı. Ətraflı müayinə zamanı onda insult izləri aşkarlanıb, sağ yarımkürənin ön hissəsində gizli qanaxma olub.

İkinci halda, davranış üzərində nəzarətin itirilməsi ilə müşayiət olunan simptomları olan xəstə tədqiq edilib. Bir neçə il ərzində xəstə təvazökar insandan zarafatçıya çevrilmişdi.

57 yaşına qədər o, Parkinson xəstəliyinə tutulmuşdu, xəstə dayanmadan zarafat edir, gülür və tezliklə öldü. Meyitin yarılması zamanı frontal korteks nahiyələrində geniş atrofiya aşkar edilib.

Alimlərin fikrincə, zədələnmə ilə yanaşı, beynin frontal alın və subkortikal strukturları arasında sinir əlaqələrinin fəaliyyətindəki pozulmalar da belə davranışın inkişafına səbəb ola bilər.

Günay Quluzadə