Hazırda belə fikir var : xəstəxanaya düşən ölür. Xəstəxanada nəyinsə dozasını artıq edirlər, adam ölür. Xəstəxanaya düşmə öldürəcəklər.
Bəli, xəstəxanaya düşməyin. Ona görə yox ki, sizi kimsə qəsdən öldürəcək, ona görə ki sağalmağa imkan tapmaya bilərsiz. Əgər intubasiya ( süni tənəffüs apparatına qoşulmaq ) olunmalısınızsa, bunu isə xəstəxanadan kənar yerdə etdirə bilməyəcəksiz. İş bu yerə gəlməsin deyə nə etməliyik?
Niyə elə cavan var ölür, elə yaşlı var sağalır?
Medicina.az xəbər verir ki, həkim pediatr Aytən İsmayılzadə son günlər koronavirusdan ölüm və ağırlaşma hallarının artması və müalicəsi barədə maraqlı açıqlamalar verib.
"Bu koronavirus adı bir olsa da muxtəlif əlamətlər verməsi subtiplərinin olmasını göstərir. Heç də həmişə tənəffüs yollarını zədələmir. Sinir sistemini zədələyir, insan dad bilmə, iybilməni itirir, bəziləri güclü başağrıdan, aqressiv olmasından şikayət edir. Mədə - bağırsaq traktını zədələyir, ürəkbulanma, ishal, qarın ağrıları olur. Ürəyi də zədələyə bilir, kardiomiositləri yəni ürək hüceyrələrini zədələsə gecikmədən ölüm verə bilir. Damar divarını zədələyə bilir, nəticədə çixlu tromblar yaranır və s. Ağciyər toxuması zədələnəndə də dərəcəsindən asılı olaraq adam imkan tapsa sağala bilir, proses dayanır, orqanizm dözməsə oksigensizlikdən butun orqanlar işini dayandırır.
Kimin hansı yarımnöv virusu tutacağı öncədən bəlli deyil. Amma əlamətlərlə bilmək olur. Buna görə də sadəcə "hərarəti yoxdur, bir gun oldu bitdi" demək doğru deyil. Digər əlamətləri izləyin və bədənə düşmüş virusun heç vaxt iki uç günə çıxıb gedəcəyinə inanmayın.
Əlamətlər başladısa immumitetimizə çox da güvənməyək. Bu virusun necə oyun oynayacağı bilinmir. İmmuniteti aktivləşdirməyə çalışmaq vaxt itkisi ola bilər. Məsələn, siz xəstəsiz və deyirsiz ki hələ babatam, elə vitamin c zad eləyim, görum necə oluram. Virusa qarşı dərman tapılmır, tapsam da ala bilməyəcəm. Belə olanda ilk olaraq etməli olduğunuzu etmirsiz. Virusu öldürməyə çalışmırsız. Ona da elə bu lazımdır. Artır, çoxalır, öz bildiyini edir. Amma iki uç gunə yox. On günə, bir həftəyə. Kimdəsə iki həftəyə.. Və nəticədə ya o ya siz qalib gəlirsiz.
Kimsə xəstəxanaya düşüb niyə ölsün ki? Çünki heç nə etməmiş gedir. (Sistem filan" heç nə"dir) Bədənində artmış viruslarını öldürməyə dərmanların da gücü çatmır. Dərman da spesifik deyil axı. Yəni sırf kovidə qarşı hazırlanmayıb. Dərman da sınanır sadəcə. Virusa muəyyən dərəcədə təsir edə bilər. Xəstəxanada viruslar tuğyan edir, mikroblar kef edir. Gələn xəstəni zəif immuniteti ilə həmən qapırlar. Bir olan virus min olur. Yəni bu virus bədənə düşüb artib,
çoxalmamış onu öldürməyə çalışmalıyıq. Amma burda o məsələ də çıxır ki, kimsə niyə tez ağırlaşır və həyatı sonlanır. Ola bilir ki hımin insanlar məhz ağciiyər ya ürək zədələyən forması ilə yoluxmuş olur. Ya da çoxlu virus alıb onlarvda lap çoxalıb və immunitetin cavabını da yanına buraxmayıb. Buna da bəxt deyək, qismət deyək. Nəsə deyək. Yoxsa itirdiklərimiz sağ qalanların ruhuna dərin təsirsiz ötüşməz.
Əsas məsələ virusu vaxtında öldürmək dərmanla olur, kovid misalında qismən mumkun olur.
Tamiflu, Kaletra, Favipiravir və s. Olmayan yerdə Arbidol geç olmasa.. Ağ bazardan, qara bazardan nə tapa bilsəniz. Təkrar yaziram Erqoferon onları əvəz etmir. Erqoferon interferon hasili uçundur. Yəni dərmanlar virusu öldürən güllədirsə, Erqoferon bu gülləni düzgün istifadə etməyə yönəlmiş təlim kimidir. Yəni təlimsiz olar, gülləsiz olmaz.
Virusu öldürən digər maddə yod hesab edilir.
Birinci dalğada 7-8 ay bundan əvvəl türk hocaları bunun üzərind çalışmalar edirdi. Nəticəsi necə olduğu bəlli olmasa da yodun həm bakteriya, həm virus, həm göbələyə qarşı təsiri danılmazdır. İki damla yod suda həll edib daxilə qəbul etmək, və günlük qarqaralarda istifadə etmək məsləhətdir. Onsuz da yodumuz azdır. (Zob xəstələri istisna)
Bir də Ozon. Ozon da virus və bakteriya qarşı öldürücü təsirlidir. İlk günlərdən ozonoterapiya məsləhət görulur. Bu da türk hocaları tərəfindən də məskəhət görülür. Xarici mənbələrdə də var. . Bunu ən azından həkim, tibb personalı çalışdığı muəssisədə varsa edə biləcək. Əlamətlərə ad qoymadan ( soyuqlama, qrip, zökəm və s) xəstəliyin ağırlaşmasına mumkun qədər əngəl olmaq lazımdır.
Azərbaycan dilində falan sözü yoxdur bu nə dilindədir nə deməkdir görən dərman adıdır?
İstərdim ozonterapiya etmək.