Çox güclü şişmiş ayaqlar sidik kisəsi xərçənginin ağır mərhələsini göstərə bilər.
"Medicina" xəbər verir ki, onkoloq Andrey Vorobyev sidik kisəsi şişlərinin qeyri-spesifik əlamətlərindən danışıb.
"Sidik kisəsi xərçəngi dünyada 11-ci yeri tutur. Ölüm statistikasına görə 9-cu yerdədir.
70% hallarda sidik kisəsi şişləri səthi, yəni xarici olur. Onlar sidik kisəsinin üzərində olur, amma divarından keçmir.
Onları aşağı və yüksək dərəcəli bəd törəmələrə ayırmaq olar.
Səthi şişlər nadir halda ölümcül olur. Ən təhlükəlisi artıq kisənin divarı və qişasına keçən şişlərdir.
Bu xəstəliyin əlamətləri:
- Sidikdə qan
- Sidik zamanı ağrı, yanma
- Tez-tez sidiyə getmə
- Beldə, qarında ağrılar
Bu simptomlar digər xəstəliklərdə də olur. Ona görə özünüzə diaqnoz qoymayın.
Əgər xəstəlik yayılıb və ağır mərhələyə keçibsı, o zaman ayaqlar çox şişir, gəzmək çətinləşir, çəki azalır, sümüklərdə ağrı hiss olunur.
Aygün Musayeva