Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şişləri əridən, ürəyi dirildən ot – Büryanla müalicə

  • 2019.08.09 18:05
  • 57515 Baxış
Şişləri əridən, ürəyi dirildən ot –  Büryanla müalicə
Buryan – Alaqotu, yabanı ot, alaqlıq çöllərdə, bağlarda çox olur və təmizlənib atılır. Toxumları yayılır və təmizlədikcə o yenə artır. Lakin alaq otu insan sağlamlığı üçün əvəzsizdir. Bu haqda V. Maklayukun "Xalq təbabətində dərman bitkiləri” adlı böyük kitabında yazılıb.


Alim qeyd edir ki, bu ot ürək fəaliyyətini yaxşılaşdırır, sinirləri möhkəmləndirir, şişləri sovurub əridir, qanaxmanı dayandırır, irinli yaraları sağaldır.

Antiseptik, iltihab əleyhinə, xərçəng əleyhinə təsiri var.


Bu otun şirəsi, dəmləməsi ciyər xəstəlikləri, qanlı bəlğəmdə, babasil, bağırsaq çatları, zobda tətbiq edilir.

Medicina.az xəbər verir ki, rusiyalı pasiyentlərdən bir neçəsinin bu otdan istifadə etməsi barədə reseptlər var.

Bir xəstə ürək sancısı və zəifləməsində bu otun dəmləməsini içib.


Digəri ayaq burxulması zamanı topuq şişməsində vannasını edib, şiş bir gecəyə çəkilib.

Bitki çiçəkləyən vaxt yığılır və qurudulur.Şüşə qabda saxlanılır.


Dəmləməsinin resepti: 1 xörək qaşığı xırdalanmış ot 1 stəkan qaynar suda 50 dəqiqə dəmlənir. Sonra 3-4 dəfə tənzifdən süzülür.

Gündə 3 dəfə yeməkdən öncə 2 xörək qaşığı miqdarında içilir.


Eləcə də araqda məhlulu və ya otlardan vanna olunub, xaricə istifadə olunur.