Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şiş ağciyərlərə metastaz verib - Tünzalənin səhhətində son vəziyyət

  • 2020.06.11 15:42
  • 2348 Baxış
Şiş ağciyərlərə metastaz verib   - Tünzalənin səhhətində son vəziyyət


Xəstəxanaya yerləşdirilən Əməkdar artist Tünzalə Əliyeva səhhəti barədə üzücü xəbər verib.

Medicina.az xəbər verir ki, şiş hüceyrələri ağciyərlərə doğru gedib.

"Hər birinizə etdiyiniz dualarınıza, narahat olduğunuza görə dərin təşəkkürümü bildirirəm. Bunu da yenəcəm... Sizin dualarınız və həkimlərin sayəsində sağalacam.

Bildiyiniz kimi əvvəl uşaqlıqboynunda bədxassəli şiş var idi. Həkimlərin sayəsində yaxşı nəticələr əldə etdik. Apreldə müayinə zamanı məlum oldu ki, böyrək damarlarımda törəmə şişlər var və 2 ay müalicə aldım. Nəticə yaxşı oldu.

Çox təəssüf edirəm ki, iki gün əvvəl müayinə nəticəsində artıq öyrəndik ki, şiş ağciyərə yayılıb. Hazırda təcili kimyaterapiya aldım. İnşallah, üçüncü ağır prosesdən də salamat çıxaram".