Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə olub.
medicina.az qafqazinfo-ya istinadən xəbər verir ki, zəhərlənməyə toy zamanı istifadə edilən pirotexniki vasitə səbəb olub.
Nəticədə 10-dan çox şəxsin zəhərləndiyi bildirilir. Onlar dərhal xəstəxanaya çatdırılıblar.
Hazırda Şirvan rayon Polis İdarəsinin əməkdaşları hadisə yerindədir. Sözügedən restorana təcili tibbi yardım maşınları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.