Qaraciyər sirrozunda vaxtında müalicə və müalicəvi pəhriz başlıca rol oynayır.
“Medicina” xəbər verir ki, xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün həkimlə yanaşı, xəstə və ailəsi də səfərbər olmalıdır.
Alkoqol mənşəli sirrozda bütün alkoqollu içkilər ləğv edilməli və qanın detoksikasiyasına başlanmalıdır.
Virus hepatitli sirrozda isə əsas müalicə virusa qarşı olur.
Pəhriz üçün ilk növbədə, zərərli vərdişlər və qidalar tərgidilməlidir.
Spirtli içki, kofein, şirin qazlı içkilər, yağlı, qızartma, hisə verilmiş qidalar, hazır yeməklər, bütün konservlər, kolbasa, sosis qadağan olunur.
Eləcə də göbələk, sarımsaq, pomidor, şokolad olmaz.
Artıq qarnında su yığılan xəstə duzu təcrid etməlidir.
Nələr olar: yüngül şorbalar, sıyıqlar, yağsız ət, kəsmik, suxarı, alma, bişmiş meyvələr, kompot.
Aygün