Şirniyyatdan imtina ömrü uzatmağa şansı artırır.
"Medicina" xəbər verir ki, bu barədə dietoloq Mixail Qinzburq məlumat verib.
"Əgər insan şirniyyat, şirin un məmulatı, qənnadıdan imtina etsə, ömrünü daha 10-15 il uzatmaq şansı qazanır.
Şəkər tərkibli qidaları hər gün yemək və şirniyyata meyillilik, xüsusən çox miqdarda yemək səhhətinizdə çox problemlərə səbəb olacaq.
Orqanizmə daim şəkər düşdükdə, maddələr mübadiləsi pozulur, burdan da təzyiq, şəkər və xərçəngə gedən yoldur.
Şirniyyat əvəzi çərəz, quru meyvələr, bitkilər, meyvələr istifadə edə bilərsiz.
Zamanla şəkərdən imtina orqanizmin daxildən çürüməsi və qocalmasının, iltihabi proseslərin qarşısını alır.
Aygün Musayeva