Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şirniyyatdan imtina narkotiki tərgitməklə eynidir – Simptomlar

  • 2025.01.06 12:55
  • 521 Baxış
Şirniyyatdan imtina narkotiki tərgitməklə eynidir   – Simptomlar
Şəkər beyimə kokain və narkotik kimi təsir edir. Amma beynin enerjisi üçün də şəkər lazımdır.


“Medicina” xəbər verir ki, amerikalı tədqiqatçılar şəkər və ona alışqanlıq barədə bütün mümkün elmi araşdırmaların analizini edib.

Əsasən araşdırmalar laboratoriya siçanları üzərində aparılıb.

Emal edilmiş ağ şəkətlə opioid narkotiklər baş beyində analoji reaksiyanı işə salır.

Onlar həzz hormonu olan endorfin və dofaminin artımına səbəb olur. Beyin həzz almaqdan doymur və buna alışır.

Nəticədə narkotik alışqanlıq sindromu yaranır, hər dəfə daha çox dozada şəkər tələb edir və hətta şəkəri kəsəndə narkotikdə olduğu kimi “qırılma lomkası” yaşanır.

Ona görə də şəkərdən birdən imtina etmək olmaz. Şirniyyatı azaltdıqda insanda əhval düşür, depressiya baş verir, eləcə də hiperaktivlik və diqqət yayqınlığı,təşviş artır.

Şəkər defisitində beyində dofamin azalır.

Alimlər hesab edir ki, bu asılılığın kökləri qədim əcdadlara gedir, o vaxt şəkər mənbəyi bal, doşab, şirin meyvələr və quruları idi. Belə ki, aclıq və müharibə illərində sağ qalma şansını artırmaq üçün bu qidalardan istifadə olunurdu.

Bu biolioji bir prosesdir və bundan imtina etmək çətindir.

Aygün Musayeva