Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şirniyyatdan imtina etməli olduğunuzu göstərən 7 əlamət – Orqanizm xəbərdarlıq edir

  • 2019.06.08 16:31
  • 18074 Baxış
Şirniyyatdan imtina etməli olduğunuzu göstərən 7 əlamət –  Orqanizm xəbərdarlıq edir
Aramızda elə insan yoxdur ki, artıq günlük, aylıq şirniyyat, şəkər normasını aşmasın. Çoxları qəndsiz çay içmir, şirin çay sevir, hətta şirin çayla peçenye, şirniyyat yeyir. Uşaqlar isə səhərdən axşama kimi konfet, şirniyyat yeyir.


Mütəxəssislər bildirir ki, qənd, şəkər narkotik kimidir, asılılıq yaradır. Bəs artıq şəkərə, şirniyyata əlvida deməyin vaxtı çatdığını necə bilmək olar?


Medicina.az orqanizmin şəkərdən zəhərləndiyini və şirniyyatdan imtinanın lazım olduğunu göstərən əlamət və siqnalları təqdim edir. Əgər sizdə bu əlamətlərdən 3-4-ü varsa, şəkərdən imtina etməlisiz.


1.Daimi yorğunluq, enerjisizlik


Əvvəl nənələr deyirdi ki, gücün yoxdursa, şirin çay iç. Həqiqətən də beyin, orqanizm şəkər daxil olduqdan sonra qısa müddət də olsa güclənir, sanki oyanır. Amma bu aldadıcı təsirdir. Əslində isə bu beynin şəkərdən asılı olduğunu, zəhərləndiyini göstərir. Siz gücü təbii qidalardan və faydalı mənbələrdən almağa alışmalı və beyini də buna öyrəşdirməlisiz.


2. Gözlərin altının qaralması, dırnaq və saçlarla problem


Şəkər qanda adrenalini artırır, bu da gözlərin altını tündləşdirir. Eləcə də şəkər dəri və dırnaqların stukturunu pozur, dərialtında iltihab yaradır.


3. Daim şirin qidaya iştaha


Dayanmağın siqnalıdır – gündüz-gecə gözün şirniyyat axtarırsa, tort, pirojna dəlisisənsə, deməli, vəziyyət kritikdir.


4.Tez-tez qrip, zökəm və viruslara yoluxmaq


Şəkər immuniteti zəiflədir, ona görə insan infeksiya, qrip, viruslara asan yoluxur, sağalmağı da gec çəkir. 


5.Yedikdən sonra diqqətin yayınır, beynin dumanlanır


Aşırı şəkər sindromunun bir əlamətidir. Şəkər beyin dumanlanması yaradır. Çox miqdarda şirniyyat yedikdən sonra, qanda qlükoza kəskin qəfil artır, sonda da kəskin enir. Bu da beynin funksiyalarına, yaddaş, diqqət, düşünmə, əhvala mənfi təsir edir.


6.Çəkinin artması və arıqlamağın çətinliyi


Şəkər, şirniyyat insanı doyurmur, çünki onda zülal yoxdur. Ona görə bir konfet, bir peçenye yedikdən sonra insan yenə istəyir. Təbii ki, belə insanda çəki artacaq, piylənmə qaçılmazdır. Orqanizmdə çox miqdarda şəkər olması insulini azaldır, bu da sonda diabet deməkdir.


7.Şirin dada hissiyatın itməsi


Nə qədər çox çayınıza şəkər, qənd əlavə edirsizsə, bir müddətdən sonra o sizə az gələcək. Çünki dad reseptorları pozulur, insan şirini az dozada olanda hiss etmir. Əvvəl yediyin krem, tort sənə şirin gəlmir. Bu artıq son həddir. 


Nə etməli?


Gündəlik rasionda şəkəri, şirniyyatı azaltmaq. birdən yox, az-az, davamlı. Marketlərdə şirniyyat bölməsinə daxil olmamaq.  Adətən ilk 1 həftə çətin olur, sonra orqanizm başa düşür və alışır. 

 

Şirniyyatdan imtina etməli olduğunuzu göstərən 7 əlamət –  Orqanizm xəbərdarlıq edir