Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şirniyyat yemək depressiyanı artırır – Diyetoloq

  • 2023.01.27 14:47
  • 2422 Baxış
Şirniyyat yemək depressiyanı artırır  – Diyetoloq

Dietoloq Qinzburq şəkər və qəndin depressiyaya səbəb olduğunu açıqlayıb.

“Medicina” xəbər verir ki, beyində gedən neyroiltihab depressiv halların və təşviş pozuntusunun səbəblərindən birincisidir.

Dietoloq Mizail Qinzburq bu iltihabın səbəbkarı kimi qidalanmanı irəli sürür.

Neyroiltihab şəkər, şəkər tərkibli qidalar, yüksək qlikemik indeksli qidalar – düyü, ağ çörək, kartof və un məmulatları nəticəsində yaranır.

Dietoloq həmçinin transyağlara ehtiyatla yanaşmağı tövsiyə edib, çünki bu yağlar baş beyində damarları tıxayır, qan dövranını pozur, belə halda beyindən qaynaqlanan depressiv hallar baş verir.

Həkim bununla yanaşı turş süd, qatıq məhsulları, müsli, yarmaların ən yaxşı qida olduğunu bildirib.

Şirniyyat əvəzinə alma, meyvə yeyin. Eləcə də tərəvəz salatlarını tam taxıldan qara çörəklə gündə 2 dəfə yeyə bilərsiz.
Depressiyada olanların əhvalını qaldırmaq üçün şirniyyat yeməsi səhv fikirdir.


Aygün Musayeva