Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şirniyyat istəyini yox etməyin yolları

  • 2024.03.04 19:08
  • 1326 Baxış
Şirniyyat istəyini yox etməyin yolları
Bir çox insanın sağlam həyat tərzinə sadiq qala bilməməsinin səbəbi şirniyyatlardır.

Şirniyyat istəyinə qarşı qoya bilməyən insanlar həm orqanizmlərinə zərər verir, həm də artıq çəkidən əziyyət çəkməyə meyilli olurlar.

Medicina.az xəbər verir ki, dietoloq Dilarə Durak şirniyyat istəyinin qanda qlükoza səviyyəsində yaranan balanssızlıq səbəbindən baş verdiyini deyib. Onun sözlərinə görə, şirniyyat tələbinin fizioloji səbəbləri də ola bilər:

“Fizioloji səbəblər adətən bioloji və hormonal dəyişikliklərlə bağlıdır. Serotonin xoşbəxtlik hissini artıran bir hormondur. Şirniyyat istehlakı serotonin ifrazını artırır. Odur ki, insanların stresli və ya kədərli olduqları zaman şirniyyatdan istifadə etmək istəyi artır. Leptin toxluq hissini idarə edən hormondur, qrelin isə aclıq hissini artıran hormondur. Bu hormonların balanssızlığı “şəkər böhranı”na gətirib çıxarır”.

Dietoloq vurğulayıb ki, xüsusilə menstrual dövrlərdə hormonal dəyişikliklər şirniyyat arzusunu tətikləyə bilər:

“Estrogen və progesteron kimi hormonlardakı dalğalanmalar şirniyyat arzulamağa səbəb olur. Stress altında olan insanlar tez-tez şirin və ya yüksək karbohidratlı qidalara müraciət etmək istəyirlər. Bu, kortizol və digər stress hormonlarının fəaliyyəti ilə bağlı ola bilər. Həmçinin, şirniyyatlar asılılıq da yarada bilir. Bu isə insanın şirniyyata ehtiyacını daim artırır. Qeyri-kafi yuxu da qrelin hormonunun artması və leptin hormonunun azalması ilə nəticələnir. Bu da aclıq hissini və şirniyyata tələbi artıra bilər”.

Dilarə Durak diqqətə çatdırıb ki, insulin və qlükaqon kimi hormonlar qan şəkərini tənzimləməkdə mühüm rol oynayır. O, “şəkər böhranı” yaşamamaq üçün bunları tövsiyə edib:

- Sağlamlığa faydalı qəlyanaltılar hazırlayın.
- Zülalla zəngin qidalar yeyin.
- Çoxlu su için.
- Tərkibində kofein olan içkiləri məhdudlaşdırın.
- Hər gün 15 dəqiqə belə olsa, idmana vaxt ayırın.
- Stressdən uzaq olun.
- Şirniyyat istəyi oyananda meyvə yeyin.
- Yuxu rejiminə əməl edin.


Gül