Endokrinoloq insanın daha çox şirniyyat yemək istəyinin səbəbini açıqlayıb.
"Medicina" xəbər verir ki, endokrinoloq Anna Kulikova səhərlər xüsusən qadınların oyanan kimi şirniyyat yemək istəməsi güclü stresin göstəricisi olduğunu deyib.
Şirin qidalar toxluq hissini az təmin edir, qanda şəkəri qaldırır.
Səhər və gün boyu şirniyyat yemək asılılıq yaradır.
Stresi, əsəbi içinə atan insanlarda səhərlər şirniyytat istəyi olur.
Bunum qarşısını almaq üçün şirniyyat istəyən kimi beyini şirin meyvə ilə aldada bilərsiz.
Ürəyiniz şirin istəyəndə dadı şirin olan tərəvəz-meyvə yeyin.
Yeməklər arası uzun fasilələrdən çəkinin. 3-4 saatdan bir yeyin.
Aygün Musayeva