Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sirli xəstəliyə görə qadının 8 barmağını kəsdilər

  • 2022.06.23 15:11
  • 1700 Baxış
Sirli xəstəliyə görə qadının 8 barmağını kəsdilər


Həkimlərin ümidsiz proqnozuna baxmayaraq, nadir ağır xəstəlikdən əziyyət çəkən qadın sağ qalmağı bacarıb.


Bakupost.az xəbər verir ki, Şotlandiyada 51 yaşlı Katriona Patterson kovid xəstəliyindən sonra özündə narahatlıq hiss etməyə başlayıb.

Qadını xəstəxanaya yerləşdirib, müayinələrdən keçiriblər. Lakin ciddi səbəb tapmayıb, postkovid sindromu diaqnozu qoyurlar.


Bir müddət sonra qadın əl barmaqlarının hissiyanın itdiyini və rənginin qaraldığını görür. Qadında əllərin nekrozu başlamışdı.

Pasiyenti təcili əməliyyata alıb, 8 barmağını amputasiya edirlər.
Həkimlər xəstədən ümidlərini üzmüşdülər. Qadında sirli bir xəstəlik vardı.

Lakin qadın sağ qala bilir. Yaxın gələcəkdə onun ayaq barmaqlarını da amputasiya edəcəklər.

Həkimlər ehtimal edir ki, kovid orqanizmdə ciddi pozulmalar yaradıb, ətrafların qan dövranı pozulub, hansısa autoimmun proseslər baş qaldırıb.

Həkimlər hələ də qadının sirli xəstəliyinin adını dəqiqləşdirə bilmirlər.