Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şirkət xərçəngə yoluxan ər-arvada fantastik kompensasiya ödəyəcək – REKORD MƏBLƏĞ

  • 2019.05.14 16:06
  • 12649 Baxış
Şirkət xərçəngə yoluxan ər-arvada fantastik kompensasiya ödəyəcək  – REKORD MƏBLƏĞ

ABŞ-da kənt təsərrüfatı sahəsində fəaliyyət göstərən bir şirkət ər-arvada 2 milyard 55 milyon dollar təzminat ödəyəcək.

 

 

Medicina.az xəbər verir ki, bu barədə Kaliforniya ştatının Oklend şəhərinin əyalət məhkəməsi hökm oxuyub. Buna səbəb alaq otlarının təmizlənməsi üçün satışa buraxılan kimyəvi məhsulun istifadəçilərdə xərçəngə səbəb olmasıdır.

 

 

Belə ki, amerikalı cütlük Alberta Pilliod və həyat yoldaşı 9 ildir xərçənglə mübarizə aparır. Həyatlarını bir gündə ömürlük dəyişən səbəb isə tarlaları üçün aldıqları dərman olub. Belə ki, cütlük  illər əvvəl tarlaları üçün dərman vasitəsi alıb. Lakin özləri xərçəngə düçar olub.

 

İllərdir davam edən məhkəmə prosesində  ortaya çıxarılıb ki, satışa buraxılan məhsul qeyri-hoçkin limfomalarına səbəb olur.

Qeyri-Hoçkin limfomaları (QHL) limfa sisteminin müxtəlif cinsli bədxassəli şişlər qrupudur. 

 

Müxtəlif cinslilik (30-dan yuxarı növ) immun sisteminin tərkibinə daxil olan limfa sisteminin funksiyalarından irəli gəlir.

 


 

Ayna Məmmədova

 Medicina.az
Şirkət xərçəngə yoluxan ər-arvada fantastik kompensasiya ödəyəcək  – REKORD MƏBLƏĞ