Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sirkəli su içmək nəyə faydalıdır?

  • 2025.03.24 13:03
  • 477 Baxış
Sirkəli su içmək nəyə faydalıdır?

Sirkənin, xüsusən də alma sirkəsi sağlamlıq üçün çoxlu faydaları ilə var.

Medicina.az xəbər verir ki, sirkə əsrlər boyu həm mətbəxdə, həm də sağlamlıq məqsədləri üçün istifadə edilən təbii məhsuldur.

Xüsusilə alma və üzüm sirkəsi tərkibindəki vitaminlər, minerallar və üzvi turşular sayəsində orqanizmə bir çox faydalar təmin edir.

Həzm sistemini dəstəkləməkdən immuniteti gücləndirməyə, qan şəkərini tarazlaşdırmaqdan çəki nəzarətinə qədər geniş təsirə malikdir.



Bununla belə, sirkədən düzgün istifadə etmək vacibdir.

- Sirkə həzmi dəstəkləyir.

- Tərkibində lif olan sirkə növləri bağırsaq hərəkətlərini tənzimləyir.

- Yeməkdən əvvəl az miqdarda sirkə qəbulu mədə turşusunu balanslaşdıraraq həzmi asanlaşdırar.

- Tədqiqatlar göstərir ki, sirkə insulin müqavimətini azalda və qan şəkərini balanslaşdıra bilər.

- Yeməkdən əvvəl içildikdə qan şəkərinin ani yüksəlməsinin qarşısını ala bilər.

- Sirkənin pis xolesterini (LDL) aşağı saldığını və yaxşı xolesterolu (HDL) artırdığını göstərən bəzi araşdırmalar var.

- Müntəzəm olaraq qəbul edildikdə yüksək təzyiqi azaltmağa kömək edər.

- Sirkə mikrobları öldürmə qabiliyyətinə malikdir və boğaz infeksiyaları ilə mübarizə aparmağa kömək edər.

- İlıq su ilə qarışdırılıb içildikdə immunitet sistemini dəstəkləyə bilir.

- Sirkə maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edə bilər.

- Toxluq hissini artıraraq daha az yeməyə kömək edə bilər.

- Dəriyə tətbiq olunduqda qaşıntıları aradan qaldıra və göbələk infeksiyalarının qarşısını ala bilər.

- Antibakterial xüsusiyyətləri sayəsində dərinin təmizlənməsi üçün istifadə edilə bilər.

Aygün
Medicina.az