Sirkə turşusundan zəhərlənən Qobustan rayon sakini Bakıda xəstəxanada ölüb.
Medicina.az bildirir ki, hadisə Kliniki Tibbi Mərkəzdə qeydə alınıb.
Belə ki, avqustun 22-də rayonun Xilmilli kənd sakini 1971-ci təvəllüdlü Orucova Sitarə İsmayıl qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakı şəhərindəki Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, xəstə avqustun 30-da müalicə aldığı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.