Xaçmaz rayonunda sirkə turşusu içən 2 yaşlı Əli Mahmudzadə Bakıya, Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.
"Medicina" az xəbər verir ki, xəstə ağız boşluğu, qida borusu, yuxarı tənəffüs yollarının, mədənin kimyəvi yanığı diaqnozu ilə Toksikologiya şöbəsinə qəbul olunub, daxil olarkən vəziyyəti ağır olub.
Dərhal xəstəyə ilkin tibbi yardımlar göstərilib, cərrahi əməliyyata ehtiyac yaranıb. Lakin şöbənin həkimləri Aynur Məmmədova, İnarə Ağabalayeva və tibb personalının səyi nəticəsində əməliyyatdan yayınmaq mümkün olub. Aparılan müalicələr nəticəsində xəstənin həyatı xilas edilib.
Bir aylıq müalicələrdən sonra 2 yaşlı uşaq evə buraxılıb.
Aygün M