Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sirkə turşusu içən qadın xilas edildi

  • 2023.06.05 15:37
  • 1185 Baxış
Sirkə turşusu içən qadın xilas edildi

Kliniki Tibbi Mərkəzə (KTM) sirkə turşusu zəhərlənməsi ilə müraciət edən, vəziyyəti ağır olan xəstənin həyatı xilas edilib.

"Medicina" xəbər verir ki, 1985-ci il təvəllüdlü şəxs 13 may tarixində fəsadlaşmış qanaxma, mədə bağırsaq qanaması, hemoliz, kəskin böyrək çatışmazlığı diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Kəskin böyrək çatışmazlığı olan xəstəyə müalicə müddəti ərzində dializ də aparılıb. Ümumilikdə bir neçə ixtisas həkiminin nəzarətində olan xəstəni həyata qaytarmaq mümkün olub.

Hazırda xəstənin vəziyyəti stabil olduğu üçün sahə həkiminin nəzarətində evə buraxılıb.

Məlumat üçün bildirək ki, sirkə turşusu qəbul edən şəxsdə kimyəvi reaksiya yarandığı üçün bütün selikli qişalar və orqanlara ciddi ziyan dəyir. Həmçinin böyük bir maye və qan itkisinə səbəb olur. Buna görə güclü bir ağrı sindromu baş qaldırır.

Sirkə və ya digər maddələrdən zəhərlənmə baş verdiyi halda təcili yardım çağırmaq və ya tibb müəssisəsinə müraciət etmək vacibdir.

Aygün Musayeva