Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şirin pambıqdan zəhərlənən şagirdlərin vəziyyəti

  • 2025.03.14 15:23
  • 138 Baxış
Şirin pambıqdan zəhərlənən şagirdlərin    vəziyyəti


Goranboyda şirin pambıqdan zəhərlənən məktəblilərin son vəziyyəti açıqlanıb.


"Medicina" xəbər verir ki, TƏBİB məlumatına görə, Martın 14-ü saat 11:20-də 2016-cı il təvəllüdlü iki azyaşlı (biri qadın, biri kişi cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.


Hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri, Səfikürd kənd tam orta məktəbin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü N.K. və onun yaşıdı S.Ə. şirin pambıq yeyiblər.

Onların bir müddət sonra halları pisləşib və Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri normaldır.