Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Sıradan bir müayinə idi, yersiz söhbətlərə səbəb oldu" - Ayaq dopleri reklamı yayılan həkim

  • 2019.07.29 15:04
  • 34933 Baxış
"Sıradan bir müayinə idi, yersiz söhbətlərə səbəb oldu" -  Ayaq dopleri reklamı yayılan həkim
Bakıda fəaliyyət göstərən "Turan” klinikasının cərrah-fleboloqu İlham Məmmədovun reklamına hesablanaraq çəkilmiş video birmənalı qarşılanmayıb. Xanım pasientin müayinə masası üzərinə çıxması, donunu yuxarı qaldırması və açıq-saçıq mənzərə yaratması müzakirələrə səbəb olub.


Medicina.az xəbər verir ki, "Qafqazinfo”ya açıqlama verən cərrah İlham Məmmədov bunu sıradan bir müayinə adlandırıb:


"Video aşağı ətrafların dopler müayinəsi zamanı çəkilib. Sadəcə, sıradan bir müayinədir. Orada başqa heç nə yoxdur. Açığı, o videonu öz səhifəmdə paylaşmamışam. Videonu xanım paylaşmışdı, yersiz müzakirələrə səbəb olduğu üçün də sildi.

 

Müayinə zamanı kim istəyir video çəkir. Həmin videonu da xanımın köməkçisi çəkmişdi. Xanımı tanımıram. Hər gəlib dopler müayinəsi keçənlərdən də anket doldurmuram”.