Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Siqaretin dəhşətli fəsadları - Ziyilləri xərçəngə çevirə bilər

  • 2021.10.11 17:45
  • 2218 Baxış
Siqaretin dəhşətli fəsadları -  Ziyilləri xərçəngə çevirə bilər
Bir çox xəstəliklərə səbəb olan siqaret həm də çox ciddi dəri xəstəliklərinə də yol açır.

Medicina.az xəbər verir ki, tütün məmulatlarının zərərli maddələri həm birbaşa olaraq, həm də dolayı yolla, yəni qan dövranı vasitəsilə dəridə xəstəliklərə səbəb olur. Alimlər siqaretin filterindəki və kağızındakı maddələr ekzemaya səbəb ölünü deyir.

Həmçinin də gündəlik siqaret istifadəsinin miqdarının artması ilə sədəf xəstəliyinin də şiddəti, əl-ayaq tutulmasını artırır. Bundan başqa tük köklərini bəsləyən damarlarda büzüşmə yaranaraq saçların tökülməsinə də səbəb olduğu bildirilir.

Siqaret çəkən qadınlarda genital nahiyədə olan ziyillərin xərçəngə çevrilmə ehtimalı 35 dəfə artır!

Siqaretin kanserogen təsirinin dəri xərçənginə də yol açdığı bildirilir. Əsasən də genital və anus bölgəsində olan hüceyrələrdə xərçəng yaranması faktı siqaretlə birbaşa əlaqəlidir. Bundan əlavə siqaret çəkən qadınlarda ən təhlükəli xərçəng növü olan melanoma və ağız içi xərçənginə də tez-tez rast gəlinir.

Çox siqaret çəkən kişilərin bığları və dırnaqları, qadınlarda isə yalnız dırnaqları sarımtıl rəng alır. Siqaret tərgidilən kimi dırnaqlar normal rəngdə uzanmağa başlayır ki, bu zaman dırnaqlarda xəttə əmələ gəlir. Bundan əlavə diş əti, dil, ağızda rəng dəyişməsi də müşahidə edilir.

"Siqaret çəkən insanlarda vaxtından əvvəl və sürətli qocalma əlamətləri müşahidə edilir. Üzdə olan sümüklərin boz rəng alması səbəbindən üzün rəngi dəyişir. Siqaret tüstüsünün təsiri ilə dərinin nəmliyi azalır, qırışlar əmələ gəlir. Günə işığı dəyən hissələrdə bu əlamətlər özünü daha tez büruzə verir.