Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Siqareti tərgitməyin 2 ÜSULU - Məşhur professorların resepti

  • 2018.05.23 12:21
  • 20300 Baxış
Siqareti tərgitməyin 2 ÜSULU -  Məşhur professorların resepti
Siqaret vərdişi olan insanlar üçün ən çətin işlərdən biri siqareti tərgitməkdir.


Medicina.az xəbər verir ki, türkiyəli professor İbrahim Saracoğlu və mütəxəssis Firidun Konak siqareti tərgitmə üsullarından danışıb.


Həmin üsulları təqdim edirik:


İbrahim Saraçoğlunun tövsiyəsi:


Lazım olanlar:


2 stəkan su


1 desert qaşığı yunan lavandası


2 stəkan suyu qazana qoyub qaynadın. Daha sonra 1 desert qaşığı yunan lavandası əlavə edin. 7 dəqiqə dəmləyin. Daha sonra süzün.

Ürəyiniz hər siqaret istədikdə bu qarışımdan bir qurtum alıb ağzınızda saxlayın və çıxarın.

Bu proseduru hər siqaret istədikdə edin. Hər gün yenisini hazırlayın. 

Bundan 3 ay ərzində istifadə edin.


Firidun Kunakın bu barədə tövsiyəsi:


2 litr su (8 stəkan deməkdir)


1 kq badımcan


2 limon suyu


Hazırlanması:


Badımcanları halqa şəklində doğrayın, 2 litr suyu içərisinə əlavə edin. 2 limon suyunu da əlavə etdikdən sonra bu qarışımı bir gün gözlədin. Daha sonra badımcanları sıxıb suyunu çıxarın. 


Daha sonra hər siqaret istədiyiniz zaman için.

 

Şəhanə Quliyeva