Siqareti tərgitmək təkcə sağlamlığa yox, qazanca da müsbət təsir edir.
“Medicina” xəbər verir ki, fin alimləri siqaretin hər il insanın gəlirini 18% azaltdığını sübut ediblər.
Yuvaskul universitetinin alimləri siqaretlə insanın qazancı arasında əlaqəni araşdırıblar.
Bu zərərli vərdiş ürək-damar, xərçəng xəstəliklərinin səbəbidir.
Tütünçəkməni əmək bazarında və peşəkar fəaliyyətdə uğurun və qazancın azalmasının səbəbi kimi də qeyd etmək olar. Xüsusən fiziki əmək tələb edən işlərdə siqaret işçinin fiziki forması və gücünə təsir edir, o daha tez yorulur və yaxşı nəticə göstərmir.
Alimlər 24-39 yaş arası 3500 nəfər həm şəhər, həm kənddə yaşayan insanların 10 il ərzində tibbi məlumatlarını təhlil edib.
Onlar sübut edib ki, gündəlik və aylıq siqaret sayı və qutusunun artışına görə, insanın qazancı da azalıb.
Belə ki, hər bir qutu siqaret artımına qazanc 1,8% azalıb.
Bu o deməkdir ki, siqaretin azaldılması və ya tərgidilməsi gəlirin 9% artmasına səbəb olur.
Alimlər siqaret çəkənlərlə heç çəkməyənlərin gəliri arasında da müqayisə aparıb. Siqaret çəkən gənclərin, xüsusən təhsilsiz təbəqənin daha az məhsuldar olması və işində, gəlirində uğursuzluğu sübut olunub.
Aygün Musayeva