Hər il 7 milyondan çox insan siqaret çəkdiyi üçün ölür.
Medicina.az xəbər verir ki, bu statistikanı Dünya Səhiyyə Təşkilatı açıqlayıb.
Araşdırmalar nəticəsində məlum olub ki, 300 siqaret 1 ağacın məhv olmasına səbəb olur. Statistikaya görə isə gün ərzində dünyada 10-15 milyard siqaret satılır. Bu isə gün ərzində saysız ağacın məhv olması deməkdir.
Qeyd edək ki, təşkilat tütünün yetişdirilməsi, paylanması və qalıqlarının verdiyi dəhşətli zərərlər barədə 31 may Dünya Tütünsüz günü ilə bağlı yayımladığı məqalədə də geniş məlumat verib.