Amerikalı tədqiqatçıların böyük masştablı elmi işində siqareti atmaq üçün uyğun yaş tapılıb.
"Medicina" xəbər verir ki, 15 min insanı əhatə edən tədqiqatda göstərilib ki, əgər insan 35 yaşa kimi bu zərərli vərdişindən əl çəksə ölüm riski bir neçə dəfə azalır.
Bu insanların ölüm yaşı siqaret çəkməyənlərin ölüm yaşına bərabər olur.
Amma 40-50 yaşdan sonra siqareti tərgitmək heç də bu effekti vermir.
Onlarda erkən ölüm riski hələ də yüksək qalır.
Məsələn, 35-44 yaş arası siqareti tərgidənlərdə ölüm səviyyəsi 21% yüksəkdir, nəinki heç siqaret çəkməyənlərdə.
Ona görə də şansınızı 35 yaşa kimi maksumum 37-ə kimi sınayın.
Aygün Musayeva