Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Siqaret və spirtli içki süd vəzi xərçənginin səbəblərindən biridir

  • 2021.10.22 16:27
  • 1473 Baxış
Siqaret və spirtli içki süd vəzi xərçənginin  səbəblərindən biridir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosu “Süd vəzisi xərçəngi ilə mübarizə Aylığı” kampaniyası çərçivəsində hər kəsi alkoqolun azaldılması kimi sadə bir addımın bu xəstəliyin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda biləcəyini düşünməyə çağırır. Bu barədə BMT-nin Xəbərlər xidməti xəbər verib.

Süd vəzisi xərçəngi ÜST Avropa bölgəsində ən çox aşkar edilən xərçəng xəstəliyi növlərindən biridir və bu diaqnoz hər gün 1579 qadına qoyulur. Alkoqolun qəbulu, bu xəstəliyin əsas təshih edilən risk amillərindən biridir və bölgədə 100 yeni süd vəzisi xərçəngi hadisəsindən 7-si buna təsadüf edir.

ÜST-ün Avropa bölgəsi yeni aşkar edilən süd vəzisi xərçəngi hallarına görə dünyada birinci yerdədir. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin qiymətləndirmələrinə görə, 2020-ci ildə spirtli içkilərin qəbulu bölgədə təxminən 40 min yeni süd vəzisi xərçəngi hadisəsinə səbəb olub.

Eyni məlumatlara görə, süd vəzisi xərçəngi dünyada ən çox yayılan xərçəng xəstəliyi olub. Mövcud qiymətləndirmələrə görə, 2020-ci ildə dünyada 2 milyondan çox süd vəzisi xərçəngi xəstəliyi qeydə alınıb və bunların təxminən 100 mini spirtli içkilərin istifadəsi ilə əlaqəlidir.
"Qadınlar da daxil olmaqla bir çox insan, süd vəzisi xərçənginin spirtli içkilərin istifadəsindən qaynaqlanan, dünyada ən çox qadınlarda yayılan xərçəng xəstəliyinin olduğunu bilmir. İnsanlar spirtli içkiləri azaldaraq, xərçəng xəstəliyi riskini azalda biləcəklərini bilməlidirlər. Alkoqollu içkilərin növü, keyfiyyəti və ya dəyəri burada heç bir əhəmiyyət kəsb etmir”, - deyə ÜST-ün Avropa regional bürosunun qeyri-yoluxucu xəstəliklər üzrə baş texniki mütəxəssisi doktor Marilis Korbeks bildirir.

Süd vəzisi xərçəngi ilə yanaşı, spirtli içkilərin qəbulu ağız boşluğu, udlaq, qida borusu, qaraciyər, qırtlaq, yoğun bağırsaqlar və düz bağırsaq xərçənginin inkişaf riskini artırır.

Spirtli içkilərin qəbulunun təhlükəsiz səviyyəsi deyilən bir şey mövcud deyil. Süd vəzisi xərçənginin inkişafı riski, hər növbəti standart spirtli içkinin dozasının qəbulu ilə artır. ÜST-nin Avropa bölgəsində, spirtə bağlı olan bütün xərçəng xəstəliklərinin 10 faizdən çoxu gündə ən çox bir şüşə pivə (500 ml) və ya iki qədəh şərab (100 ml) içməkdən qaynaqlanır. Süd vəzisi xərçəngi üçün bu göstəricilər daha da yüksəkdir: alkoqolla əlaqəli süd vəzisi xərçəngi xəstəliyindən hər dörddə biri bu miqdarda spirtin istifadəsindən qaynaqlanır.

ÜST ölkələrə spirtli içkilərə aksiz vergisini artırmağı, spirtli içkilərin satışı müddətini və KİV-ə reklamını məhdudlaşdırmağı, eləcə də etiketlərdə sağlamlıq üçün ziyan olması barədə xəbərdarlıqları yerləşdirməyi tövsiyə edir.