Alimlər müəyyənləşdirib ki, evdə körpə yanında çox siqaret çəkmək, uşağın passiv siqaret çəkənlər qrupuna daxil olması, yəni yanında çəkildiyinə görə qeyri-ixtiyari tütün tüstüsü udması, onlarda ürək ritmi pozğunluğu, aritmiya riskini artırır və gələcəkdə bu uşaqlar böyüdükcə ürək problemləri ilə üz-üzə qala bilər.
Medicina.az xəbər verir ki, bu qənaətə 5 min gənc insan üzərində 40 illik müşahidələr səbəb olub.
Layihə 1971-ci ildə başlanılıb, hansı ki, o dövrdə siqaret bu günkü kimi geniş yayılmamışdı. İştirakçılardan ata-analar hər 2 il, onların uşaqları isə 3-6 ildən bir tibbi müayinələrdən keçirdilər.
Layihənin əvvəlində yaşı 18-dən az olan uşaqların əksəriyyətində 40 il ərzində mersatel aritmiya aşkarlandı.
Analizlər göstərdi ki, evdə böyüklər tərəfindən hər gün çəkilən bir paçka siqaret uşaqlarında aritmiya riskini 18% artırır.
Mersatel aritmiya isə insult riskini 5 dəfə yüksəldir.
Eləcə də siqaret çəkən valideynlərin övladları da 20% daha tez və çox siqaret çəkir, nəinki valideyni heç siqaret çəkməyənlər.
Ona görə alimlər siqaret çəkən valideynlərdən evdə, körpə yanında bir ədəd belə siqaret yandırmamağı tələb edir.