Maddi mükafatlandırma ilə siqaret vərdişindən xilas olmaq mümkündür.
Medicina.az xəbər verir ki, bu barədə Amerika alimləri araşdırıblar. Siqaret çəkməklə mübarizədə maddi mükafatlandırmanın təsirliliyini aşkar ediblər.
Tədqiqatda təxminən altı min nəfər iştirak edib. Könüllüləri iki qrupa bölüb, tərəflərin hər birinə müxtəlif üsullarla zərərli vərdişlərdən qurtulmaq təklif olunub. Bir qrupu sağlam həyat tərzinin faydası haqqına məlumatlandırıblar, digərlərinə elektron siqaret və nikotin plastırlardan istifadə etməyi təklif ediblər.
Bundan başqa, bəzi iştirakçılara "kim siqaret çəkməkdən altı ay ərzində imtina etsə 600 dollar veriləcək", deyə maddi mükafat vəd ediblər.
Gözlənildiyi kimi, pul təklif olunan iştirakçılar daha yaxşı nəticə göstəriblər. Siqareti ənənəvi üsulla tərgidənlər 0,5%-dən 1%-ə kimi təşkil edib. Maraq güdən iştirakçılar isə tapşırığın öhdəsindən bir neçə dəfə yaxşı gəliblər.
Alimlər qeyd olunur ki, maddi mükafatlandırma ən ucuz və səmərəli vasitə ola bilər.