Siqaret çəkmək artıq çoxunun bildiyi kimi, təkcə infarkt və xərçəngə yox, karlığa da səbəb ola bilər.
Artıq bir neçə ildir ki, siqaret qutularının üzərində qorxulu şəkillər yer alır. Periodontal xəstəlik, ölü doğuş, boğaz xərçəngi və s. acı nəticələr.
“Medicina” xəbər verir ki, həkim Aliksey Jitonun sözlərinə görə, siqaret çəkənləri daha bir xoşagəlməz nəticə gözləyir.
“Çoxsaylı araşdırmalar göstərib ki, bu pis vərdiş həm eşitmə itkisi, həm də müxtəlif ciddi qulaq xəstəliklərinin inkişaf ehtimalını artırır.
Fakt budur ki, nikotin qulağı qan və oksigenlə təmin edən kiçik qan damarlarını zədələyir. Bu damarlar zədələndikdə, qulaqlara qan tədarükü azalır, bu da öz növbəsində eşitmə itkisinə səbəb ola bilər.
Siqaret çəkmə səbəbiylə eşitmə itkisinə səbəb ola biləcək digər amil tütündə qulağa zərər verə bilən və sinir liflərində siqnalların ötürülməsinə mane olan nikotin və karbonmonoksit kimi zəhərli maddələrin olmasıdır”.
Aygün Musayeva