Amerikalı alimlər siqaret çəkməyin daha bir zərərini açıqlayb. Medicina.az-ın "Journal of Sleep Research”a istinadən məlumatına görə, onlar bu zərərli vərdişin yuxuya pis təsir göstərdiyini bildirib.
Alimlərin sözlərinə görə, adi və elektron siqaret çəkmək yuxunun keyfiyyətini azaldır. Bildirilib ki, siqaret çəkənlər və veyperlər, ümumiyyətlə siqaret çəkməyənlərdən fərqli olaraq, yuxu ilə daha çox problem yaşayır.
Elektron siqaret istifadəçiləri digərlərinə nisbətən daha tez-tez yuxu dərmanından istifadə edir. Müntəzəm olmayan veyp istifadəsi belə yuxunun keyfiyyətinə mənfi təsir göstərir.